
Vakansiya! Hüquq şöbəsinin müdiri işləmək imkan
Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Vergi Məcəlləsi, Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və digər qanunları, o cümlədən qanunvericilik aktları barədə mükəmməl bilgiləri olmalıdı.
Vəzifə: Hüquq şöbəsinin müdiri
İşəgötürən: Səba Şirkətlər Qrupu
İş barədə məlumat
- Müəssisədə hüquq şöbəsinin fəaliyyətinin təşkili;
- Müəssisədə çalışan digər hüquqşünasların fəaliyyətinə nəzarət olunması;
- Müəssisə rəhbərliyi qarşısında hüquq şöbəsinin fəaliyyəti barədə hesabatların verilməsi;
- Müəssisənin dövlət orqanları, yerli və xarici hüquqi və fiziki şəxslər qarşısında hüquqi məsələlərlə əlaqədar təmsil olunması;
- Müəssisədə hazırlanan hüquqi xarakterli sənədlərə, müqavilələrə, əmrlərə və digər sənədlərə rəy verilməsi, qanunvericiliyə uyğunluğunun yoxlanılması və tələb olunduqda bu sənədlərin hazırlanması;
- Müəssisəyə daxil olan yerli və xarici müqavilələrə, hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə, müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
- Müəssisənin məhkəmədə təmsil edilməsi, məhkəmədə irəli sürülən iddialarla bağlı qərarların icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi;
- Müəssisənin fəaliyyəti ilə əlaqədar dövlət orqanlarında təmsilçiliyin yerinə yetirilməsi.
Namizədə tələblər
- Ali hüquqi təhsil
- 5 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Vergi Məcəlləsi, Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və digər qanunları, o cümlədən qanunvericilik aktları barədə mükəmməl bilgilər;
- Kompüter proqramlarında işləmə bacarığı;
- Azərbaycan, rus, ingilis dillərində yüksək səviyyədə ünsiyyət və yazışma bacarığı;
Əlaqə nömrəsi (012) 448 16 01 (120)
Xahiş edirik, məktuba əlavə olunmuş fayldaki sualları ( 1_Saba.doc ) elektron variantında cavablandırın, çap variantını adi A4 formatında olan zərfin içinə qoyun, üstündə “Səba” ASC – cənab Natiq Quliyevə çatacaq” sözlərini yazın. Sonra zərfi yalnız “Azəri Express” kuryer şirkətinə təqdim edin (bunun üçün Sizə ödəniş etmək lazım deyil). Nəzərə alın ki, başqa kuryer şirkəti ilə, elektron məktubla və ya faksla göndərilən məktublara baxılmayacaq!
Mənbə jobsearch.az
YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015
“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib. Sadalananlarla yanaşı, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə 1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.
Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.
Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.
0 Komment
Şərh yazın