Vakansiya! Vijn Fond Azerkreditin Şəmkir filialından iş elanı

Vakansiya! Vijn Fond Azerkreditin Şəmkir filialından iş elanı

KASSİR (XƏZİNƏDAR) işləmək imkanı
Vəzifə Кассир
İşəgötürən Vijn Fond AzərKredit

“Vijn Fond AzərKredit” MMC Şəmkir filialına KASSİR (XƏZİNƏDAR) vəzifəsinə işçi qəbulu elan edir

Əsas vəzifə və öhdəlikləri:

    AzərKreditin fəlsəfəsini və məqsədlərini başa düşmək və dəstəkləmək;
    Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin AzərKreditin qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
    Bütün fəaliyyətini AzərKreditin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
    Bütün kassa çekləri və digər mühüm sənədləri izləmək və nəzarətdə saxlamaq;
    Müştərilər, təşkilatın işçiləri və digərləri tərəfindən nağd pul və digər vəsaitlərin, təsdiqedici sənədlər və mədaxil/məxaric orderləri əsasında filialın xəzinəsinə daxil/xaric etmək;
    Gündəlik olaraq MİS (Menecment İnformasiya Sistemi) proqramına xəzinə üzrə nağd pulun hərəkəti barəsində informasiyanı daxil etmək və uyğunsuzluqlar barəsində dərhal filialın menecerinə hesabat vermək;
    Təşkilat-daxili qaydalara uyğun olaraq xəzinə limitinə riayət etmək (maksimum və minimum nağd pul);
    Saxta banknotların müştərilərə verilməməsi və onlardan alınmamasını təmin etmək;
    Günün bağlanması (end of day) hesabatlarını hazırlamaq və çap etmək;
    Gündəlik xəzinə sayını etmək, xəzinə kitabında müvafiq qeydiyyatları aparmaq və təsdiq etmək;


Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

    İqtisadiyyat, mühasibatlıq və ya biznes idarəçiliyi üzrə ali təhsil;
    Təşəbbüskar, qərar qəbul etmə bacarıqlı, komandanı həvəsləndirmək və idarə etmək qabiliyyəti;
    Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
    Şirkətin missiyasına və əsas dəyərlərinə uyğun davranışlar nümayiş etdirməyə hazır olmaq;
    İqtisadi və maliyyə mövzuları üzrə yaxşı biliyə sahib olmaq;
    Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
    Müvafiq sahədə ən azı bir il iş təcrübəsinə malik olmaq;
    Word, Excel və Database proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı;
    Azərbaycan dilində şifahi və yazılı olaraq yaxşı əlaqələr qurma qabiliyyəti; ingilis dilini bilənlərə üstünlük verilir;
    İşçi heyəti ilə işləmək bacarığına malik olmalı;
    Əla ünsiyyət qurma bacarığı, yaxşı komanda üzvü, səmimi şəxsiyyət olmalı;

Maraqlı namizədlərdən xahiş olunur ki, AzərKredit-in iş üçün anket formasını dolduraraq  e-mail ([email protected]) və ya faks vasitəsilə ((+994 12) 597 30 39) təqdim etsinlər.
E-məktubunuzun mövzu hissəsində ‘Şəmkir Kassir (Xəzinədar)’ göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya təşkilatımızın baş ofisindən və filiallardan əldə edə bilərsiniz.
Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

E-ünvan: [email protected]  
Fax: (012) 597 30 39                  
www.azercredit.az

Mənbə azerjobs.com

Yoxlamalar 2013                                                
 Vergilər Nazirliyi (kameral, operativ nəzarəti, səyyar və s.), DSMF, DƏMX, Məşğulluq və s. orqanlarının apardığı yoxlamalar barədə praktiki misal və nümünələr olan kitab dərc olunub... “Monitor Konsaltinq Servis” MMC ilin sonuna doğru oxucularını dah bir gərəkli nəşrlə sevindirməyə qərar verdi. Sərbəst Auditor, "Monitor Konsaltinq" jurnalınını eksperti Altay Cəfərov “Yoxlamalar A-dan Z-yə” kitabı Azərbaycan Respublikasında bu sahədə qələmə alınan ilk kitabdır. Yoxlamalar, istər müstəqillikdən əvvəl, istərsə də sonra müəssisə və təşkilat rəhbərlərinin və mühasiblərin az məlumatlı olduğu mövzulardan biri, bəlkə də birincisidir.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın  istənilən ünvana çatdırılma pulsuzdur.

0 Komment

    Şərh yazın