Vakansiya! Marketinq meneceri işləmək imkanı

Vakansiya! Marketinq meneceri işləmək imkanı

Ali təhsil olmalıdır.

Vəzifə: Marketinq  meneceri
Şirkət: Business Service Centre

Əsas funksiyaları :

    Şirkətin satış siyasətinin təşkil olunması;
    Satış təmsilçilərinin fəaliyyətini təşkil və idarə etmək;
    Şirkət maraqlarının təmin olunması məqsədilə;
    Satış istiqamətində operativ qərarların qəbulu;
    İstehsal olunan məhsulların rəqabətə davamlılığının təyini;
    Yeni istehlak bazarlarının araşdırılması;
    Mövcud bazar durumunun analizi və digər bu kimi istiqamətlərdə bazar araşdırmaları həyata keçirir;

Bilməlidir:

    İstehsal olunan məhsulun öz xüsusiyyətlərini və ona olan istehlakçı xüsusiyyətlərini, məhsulun yerli və xarici analoqlarından fərqlərini, onun üstünlüklərini və çatışmazlıqlarını;
    PR və Reklam işinin təşkilini;
    Müştərilərin istehsal edilən məhsula olan münasibətlərinin motivasiya edilməsi metodlarını;
    Dilerlərlə, kütləvi informasiya vasitələri ilə iş vasitələri və metodlarını;
    Müştərilərin iradlarına və şikayətlərinə  baxılması  və onlara cavabların hazırlanması qaydalarını;
    Müəssisənin məhsuluna olan standartları və texniki şərtləri;
    Marketinqin təşkili və bazarın maliyyə -iqtisadi vəziyyəti və həcminin qiymətləndirilməsi üzrə qanunvericilik və normativ hüquqi aktları, metodiki materialları;
    Bazar konyunkturasının öyrənilməsi və istehsal olunan məhsula olan tələb proqnozlarının hazırlanılması  metodlarını;
    Marketinq və menecmentin əsaslarını;
    İşgüzar ünsiyyət etikasını;
    estetikanın, etikanın, ümumi və xüsusi psixologiyanın, sosiologiyanın əsaslarını;


Tələblər :

    Ali təhsil;
    Azərbaycan,rus və ingilis dillərini bilən;
    Ən azı 3 il iş təcrübəsi;
    Komandada işləməyi bacaran;
    Təmkinlilik,etibarlılıq,özünə inam;
    Aktiv, təşkilatçı, operativ çalışan, bacarıqlı;
    Yaş həddi 25-35-dək
    Ofis proqramlarında işləmə bacarığı olmalı;
    Psixoloji, əqli, zəkası və yaraşıqlı görünüşü olmalı.

Əmək haqqı yüksəkdir. Müsahibədən sonra namizədin bilik və bacarığına uyğun olaraq müəyyən  ediləcəkdir.
Xahiş edirik, maraq göstərən şəxslər  öz tərcümeyi-hallarını (CV)  "mövzu" yerinə   " Marketinq satış meneceri " sözünü qeyd etməklə [email protected] elektron poçtuna göndərsinlər.

Mənbə azerjobs.com

YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015

“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb  “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib.  Sadalananlarla yanaşı,  Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə  1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.

Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz  proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.

Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.

0 Komment

    Şərh yazın