Vakansiya! Azercell Telekom-da karyera qurmaq imkanı

Vakansiya! Azercell Telekom-da karyera qurmaq imkanı

Ali təhsil (Kompyuter Elmləri, Riyaziyyat və oxşar ixtisaslar üzrə) mütləqdir.

Şirkət: Azercell Telekom MMC
Vəzifə: Məhsul və Xidmətlərin Test olunması bölümünün mühəndisi (Texnologiyalar Departamenti)

Məhsul və Xidmətlərin Test olunması bölümünün əsas fəaliyyətinə şirkət daxilində yaradılan və ya alınan proqram təminatlarının qəbulu və test işləri daxildir.
Əsas Öhdəliklər:
Test hallarının və test planın hazırlanması, analizlərin edilməsi və müxtəlif test növlərinin çalışdırılması (məs. Uyğunluq, Funksional, Performans, Stress və s.)
Müvafiq test texnikalarından istifadə etməklə proqram təminatlarını, tələblərinə uyğun olaraq test edilməsi
Yeni və mövcud proqramların müxtəlif konfiqurasiyalarda reqressiya testlərinin aparılması
Keyfiyyət boşluqlarının müəyyən edilməsi, test skriptlərinin yazılması, test datalarının toplanması, vacib olarsa test müvəffəqiyyətsizliyi halında dəstəkləyici məlumatların verilməsi
İş qrafiki:

    Bazar ertəsi - Cümə günü, saat 09:00 - 18:00. Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir.
    Tələb Olunan Təcrübə, Bilik və Bacarıqlar:
    Ali təhsil (Kompyuter Elmləri, Riyaziyyat və oxşar ixtisaslar üzrə)
    PL/SQL, Shell scripting, Application Server üzrə güclü biliklər
    Proqramlaşdırma sahəsində minimum 2 (iki) il iş təcrübəsi
    Güclü Analitik düşüncə bacarığı
    Avtomatlaşdırılmış test alətləri ilə təcrübəsi olanlara üstünlük veriləcək
    ISTQB/CTFL sertifikatı olanlara üstünlük veriləcək
    Arzu olunan yetkinliklər:
    Ünsiyyət bacarığı
    Komandada işləmə və özünü idarəetmə bacarığı
    Pozitiv iş münasibətlərin yaradılması


Dil bilikləri:

    Azərbaycan dili - yüksək səviyyədə
    Rus və İnglis dilləri - yaxşı səviyyədə (upper-intermediate)

Qeyd:

    Yalnız Azərbaycan Respublikasının vətəndaşları bu vakansiya üzrə dəyərləndirmədə iştirak edə bilərlər.
    Siz Azercell şirkətinin işçisisinizsə, xahiş edirik ki, vakansiya üzrə müraciətinizlə bağlı məlumatı birbaşa rəhbərinizə təqdim edəsiniz.

Əlavə məlumat üçün Azercell-in İşə Qəbul şöbəsi ilə [email protected] e-poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.
Nəzərə alın ki, [email protected] ünvanına birbaşa göndərilən CV və müraciət formaları heç bir vakansiya üzrə dəyərləndirilməyəcək! Bu vakansiya üzrə müraciət etmək üçün aşağıdakı "Ərizəni göndər" linkindən istifadə edin.

Mənbə azerjobs.com

YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015

“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb  “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib.  Sadalananlarla yanaşı,  Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə  1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.

Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz  proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.

Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.

4 Komment

  1. ferrux 22 İyul 2018

    ise duzeltmek ucun

  2. Nərmin 26 Yanvar 2021

    Çərşənbə axşamı, 26 yanvar 2021 18:42 təqdim olunub Nərmin işə düzəlmək üçün

  3. Huseyn 10 İyul 2021

    Salam. Men huseynov huseyn uzeyir oglu. Fuzuli rayon vetendasiyam, Hal hazirda Burda yasayiram, dord ildir Fuzuli Tele Komnukasiya Qovsaginda calisiram. Optik fiber sahesinde yeteri qeder biliyim var.isciye telabatiniz varsa sizinle calismag isteyirem..

  4. Orxan Məmmədov 10 Noyabr 2021

    İşləmək istəyirəm

Şərh yazın