
Vakansiya! FİNCA Azerbaijanda çalışmaq imkanı
Ali təhsil (hüquqi ali təhsil arzuolunandır) olmalıdır.
Vəzifə: Problemli Kreditlər Üzrə Mütəxəssis (Gəncə və Bakı)
İşəgötürən: FINCA Azerbaijan
Bu vəzifənin əsas məqsədi icraatına verilmiş problemli müştərilərlə kreditin ödənilməsi istiqamətində məhkəməyə qədər işin aparılması, gecikdirilmiş və ödənilməyən borcların geri ödənilməsinin təmin olunmasının təşkil edilməsidir.
Əsas vəzifə və öhdəlikləri:
• Təşkilatın fəlsəfəsini və məqsədlərini başa düşmək və dəstəkləmək;
• Öz bacarıqları daxilində Hüquq Departamentinin Meneceri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin təşkilatın qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
• Bütün fəaliyyətini təşkilatın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
• Problemli borclar üzrə yığımın təşkili və yığım prosesinin davamlığının təmin edilməsi;
• Məhkəməyə qədər borcların qaytarılması istiqamətində qanunauyğun təsir tədbirlərindən istifadə etmək;
• Hüquq Departamentinin Meneceri tərəfindən tapşırılmış digər aidiyyatı vəzifələri yerinə yetirmək.
Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:
• Ali təhsil (hüquqi ali təhsil arzuolunandır);
• Borcların yığılması, problemli müştərilərlə işləmək sahəsində ən azı 2 il iş təcrübəsi;
• Mülki, mülki-prosessual hüquq, icra, ipoteka və bank qanunvericiliyi haqqında bilmək arzuolunandır;
• Azərbaycan dilində səlis danışmaq, (İngilis və Rus dillərini bilmək arzuolunandır);
• MS Office proqramlarını mükəmməl bilmək;
• Təşkilat və onun missiyasına yüksək sadiqlik;
• Əla şəxsi keyfiyyətlər;
• Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri;
• Görülən işlər barədə müvafiq hesabat hazırlamaq.
“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 29 mart 2015-ci il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№169/15) qeyd etməklə göndərə bilərsiniz.
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!
Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:
Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.
Tel: (012) 596 33 858687;
Gəncə, Dədə Qorqud küç., 38/40
Telefon: (022) 267 10 47, (055) 455 25 76
“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.
Mənbə jobsearch.az
“Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabı– Əlavə dəyər vergisi ilə bağlı bütün məlumatlar və müxabirləşmələr
Monitor Konsaltinq Servisin eksperti sərbəst Auditor Altay Cəfərovla hazırladığı yeni nəşr olana - “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabının nəşrə hazırlanması prosesində vergi ödəyicilərinin ƏDV ilə bağlı əməliyyatların həyata keçirilməsində qarşılaşdıqları çətinliklər, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər diqqətlə öyrənilib və onların geniş şərhinə əsaslanan sadə açıqlamalarla çıxış yolları göstərilib.
İnanırıq ki, “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabını oxuyandan sonra bu mövzuda sualınız qalmayacaq.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın