
Vakansiya! Ofis meneceri işləmək imkanı
Ali təhsilli mütləqdir (Magistr dərəcəsi arzuolunandır)
Vəzifə: Ofis-Menecer
İşəgötürən: Soliton
Vəzifə öhdəlikləri:
• Kargüzarlıq işinin aparılması
• Müdiriyyətin vəzifə təlimatlarına uyğun verilən tapşırıqların zamanında yerinə yetirilməsi
• Görülən işlərin hesabatının hazırlanması və analiz edilməsi
• Şirkətin iş fəaliyyəti ilə əlaqədar digər şöbələrə metodik yardım verilməsi
Tələblər
• Ali təhsilli mütləqdir (Magistr dərəcəsi arzuolunandır)
• Müvafiq sahədə 1 ildən 3 ilədək iş təcrübəsi
• Azərbaycan və rus dilini mükəmməl şəkildə bilməli (ingilis dili biliyi arzuolunandır)
• MS Office proqramlarını və ofis texnikasından rahat istifadə etməli
• Kreativ və məntiqli düşüncə tərzi olmalı
• Aktiv, məsuliyyətli, çalışqanlı olmalı
• Yaş həddi: 22-27
• Cins: QADIN
Maraqlanan şəxslərdən vakansiyanın adını MÖVZÜ bölməsində qeyd etməklə [email protected] e-mail ünvanına göndərməkləri xahiş olunur. Şəkilsiz CV-lər qəbul edilməyəcək.
Mənbə jobsearch.az
YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015
“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib. Sadalananlarla yanaşı, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə 1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.
Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.
Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.
0 Komment
Şərh yazın