
Vakansiya! Kredit şöbəsinin istehlak kreditləri üzrə kiçik mütəxəssisi
Bölgələrdə çalışmaq imkanı
Vəzifə Kredit şöbəsinin istehlak kreditləri üzrə kiçik mütəxəssisi
İşəgötürən BOKT Embafinans
Contact Email: [email protected]
BOKT Embafinans MMC aşağıda qeyd olunan regionlar üzrə “Kredit şöbəsinin istehlak kreditləri üzrə kiçik mütəxəssisi” vakansiyası elan edilir:
Bakı
Sumqayıt
Quba
Ucar
Tərtər
Ağsu
Qəbələ
Ağdaş
Əsas vəzifə və öhdəliklər:
Müraciət etmiş müştərilərə kredit məhsulları barəsində məlumat vermək
Daxil olmuş bütün müraciətlərin qeydiyyatını aparmaq
Müştərilərin ödəmə qabiliyyətinin təhlil etmək
Kredit üzrə müvafiq sənədləşməni həyata keçirmək
Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək
Tələb olunan keyfiyyətlər və əsas bacarıqlar:
Ali təhsil (iqtisadiyyat, maliyyə-kredit, biznes, idarəetmə, hüquq və s.)
Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı
Azərbaycan dilində səlis danışmaq/yazmaq (xarici dil bilikləri olanlara üstünlük verilir)
Müştərilərlə ünsiyyət qurma və komanda ilə işləmə bacarığı
Məsuliyyətli,təşəbbüskar,dürüst, dəqiq və etibarlı kimi keyfiyyətlərə malik olmaq
Hərbi xidməti bitirənlərə və ya hərbi xidmətdən möhlət hüququ olanlara üstünlük verilir
Müracət və seçim qaydaları:
Maraqlananlar müraciət formalarını CV (resume) [email protected] ünvanına göndərə bilərlər.
Email göndərərkən Mövzu (Subject) qrafasında müraciət olunan vakansiya və regionu qeyd edən namizədlər nəzərə alınacaq. Əks halda ərizəniz natamam kimi qimyətləndiriləcək və baxılmayacaq.
İş qrafiki: 6 gün / saat 10.00-18.00 (şənbə 10.00-15.00)
Əmək haqqı (xalis)
Kiçik mütəxəssislər: 300 AZN+aylıq bonus*
Aylıq bonus verilmiş kreditlərin məbləğinə və portfel qalığına görə hesblanır
Mənbə azerjobs.com
YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015
“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib. Sadalananlarla yanaşı, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə 1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.
Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.
Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.
0 Komment
Şərh yazın