Vakansiya! Katibə-referent işləmək imkanı

Vakansiya! Katibə-referent işləmək imkanı

Xanım namizədlər müraciət edə bilərlər.

Vəzifə: Katibə - referent
İşəgötürən: TT Group  
İşin təsviri:

- Telefon zənglərinin cavablandırılması və yönləndirilməsi;
- Gələn qonaqların qarşılanması, qeydiyyata alınması və ziyarətə gələnləri istiqamətləndirmək;
- Daxil olan sənədləri qeydiyyata almaq;
- İşgüzar görüşlərin təşkili;
- Müdriyyətin verdiyi tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirilməsi;
- Ofisin daxili təmizliyinə nəzarət etmək;
- Əməkdaşlarının texniki avadanlıq, dəftərxana ləvazımatı və ofisinin təsərrüfat malları ilə təmin etmək;
- İş vaxtı saat 09:00-18:00; şənbə günü saat 09:00-14:00; bazar günü istirahət;


Namizədə tələblər:

- Yalnız xanım namizədlər;
- Azərbaycan və rus dillərində səlis danışmaq;
- Ofis proqramlarında işləmək bacarığı;
- Kollektivlə işləmək və nizam-intizamlı;
- İşə qarşı məsuliyyətli və ciddi yanaşmaq;
- Ünsiyyətcil, xoş görünüşlü;

Qeyd: Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.
Şəkilsiz CV-lərə baxılmayacaq.

Mənbə boss.az

YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015

“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb  “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib.  Sadalananlarla yanaşı,  Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə  1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.

Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz  proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.

Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.

0 Komment

    Şərh yazın