
Vakansiya! İdarə Heyəti sədrinin köməkçisi işləmək imkanı
Office proqramlarını bilməlidir.
İşəgötürən KredAqro
Contact Email: [email protected]
Vəzifə İdarə Heyəti sədrinin köməkçisi
Əsas vəzifə öhdəlikləri
Təşkilatın İdarə Heyətinin (Menecment), Əsas vəsaitlər üzrə Komissiyanın, Tender Komitəsinin, Aktiv və Passivlərin İidarəedilməsi Komitəsinin, Müşahidə Şurasının iclaslarını protokollaşdırmaq və protokolları qoruyub saxlamaq;
Təşkilatın İdarə Heyəti sədrinin biznes səyahəti üçün müvafiq təşkilatı işləri aparmaq;
İşi ilə əlaqədar müəyyən şəxslər, təşkilatlar, müəssisələrlə telefon əlaqəsi yaratmaq və onlarla keçiriləcək görüşün vaxtını, yerini dəqiqləşdirmək;
Keçiriləcək iclasların cədvəllərini hazırlamaq;
İdarə Heyəti sədrinə ünvanlanmış zəng və məktubları qəbul etmək;
İdarə Heyəti sədrinin görüşləri ilə bağlı cədvəl hazırlamaq və İdarə Heyəti sədrini mütəmadi olaraq cədvəllə tanış eləmək;
İdarə Heyəti sədrinin gündəlik, həftəlik və aylıq iş planını hazırlamaq;
Təşkilata xarici qonaqlar gələn zaman və digər hallarda lazım olduqda tərcümə işi görmək;
Təşkilat adından azərbaycan və ingilis dillərində rəsmi məktublar hazırlamaq.
Müvafiq sənədləri, məktubları, müqavilələri ingilis dilindən azərbaycan dilinə və əksinə tərcümə etmək;
İdarə Heyəti sədri ilə birlikdə biznes ezamiyyələrində iştirak etmək;
“KredAqro”nun fəaliyyəti ilə bağlı İdarə Heyəti sədrinin digər tapşırıqlarını yerinə yetirmək.
Namizəd aşağıdakı bacarıqlara malik olmalıdır:
Sənədlərlə işin təşkilini, sənədlərin tərtib edilməsi qaydasını;
Səmimi və mehriban xasiyyətə malik olmaq;
Azərbaycan dilini mükəmməl (şifahi və yazı), ingilis və rus dillərini yaxşı səviyyədə bilmək.
Ümumi PC, ofis proqramlarından istifadə qaydasını;
Əmək mədəniyyəti və xidməti etikanı;
Əməyin mühafizəsini, təhlükəsizlik texnikasını və yanğından mühafizə qaydalarını
CV-ləri mövzu hissəsində müraciət etdiyiniz vəzifə göstərilməklə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Mənbə azerjobs.com
YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015
“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib. Sadalananlarla yanaşı, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə 1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.
Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.
Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.
0 Komment
Şərh yazın