Vakansiya! Əməliyyatçı işləmək imkanı

Vakansiya! Əməliyyatçı işləmək imkanı

Əmək haqqı 250 – 300 AZN + bonus
İşəgötürən KredAqro
Vəzifə: Bərdə və Balakən filiallarına Əməliyyatçı

Tələblər:

    Ali təhsil olması,
    Bank və yaxud geyri bank sahəsində ən azı 1 il iş təcrübəsi;
    Yalnız Bərdə və Balakən rayonunda yaşayanlara üstünlük verilir;
    MS Office proqramında işləmək bacarığı
    Kollektivdə işləmək bacarığı;
    Müştərilərlə yüksək nəzakətlə davramaq qabiliyyəti;
    Azərbaycan dilini mükəmməl bilmək.


Əsas vəzifə və öhdəliklər:

    Müştəri və zaminlərin haqqında məlumatların Məlumat informasiya sisteminə daxil edilməsi;
    Kredit mütəxəssisləri tərəfindən təqdim olunan kredit sənədləri qovluğunda tələb olunan sənədlərin (Şəxsiyyət vəsiqələri, kredit sifarişi forması, sığorta təklif forması, Kredit Komitəsinin Protokolu və s.) mövcudluğunu yoxlamaq;
    Müştərilər üçün hesabların açılması;
    Götürüləcək kredit haqqında kredit ərizəsinin açılması;
    Kredit ödənişlərinin vaxtında ödənilməsinin yoxlanmasına nəzarət etmək;
    Tələb olunan kredit müqavilələrin hazırlanması;
    Sığorta ilə bağlı məlumatları sığorta reyestrinə daxil etmək, sığorta reyestrinin müntəzəm olaraq yenilənməsini həyata keçirmək;
    Sığortalanma ilə bağlı tələb olunan sənədləri müvafiq siğorta şirkətinə vaxtında təqdim etmək;
    Həvalə olunduğu təqdirdə filialın xəzinə əməliyyatlarını icra etmək;
    Filialın mühasibi tərəfindən verilən tapşırıqları yerinə yetirmək.

Əmək haqqı 250 – 300 AZN + bonus
CV-nizi mövzu hissəsində "Əməliyyatçı (Bərdə) (Balakən)" yazmaqla [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

Mənbə azerjobs.com

YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015

“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb  “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib.  Sadalananlarla yanaşı,  Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə  1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.

Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz  proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.

Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.

0 Komment

    Şərh yazın