Vakansiya! FİNCA Azerbaijanda çalışmaq imkanı

Vakansiya! FİNCA Azerbaijanda çalışmaq imkanı

MS Office proqramları, xüsusilə MS Excel üzrə yüksək biliklər olmalıdır.


Vəzifə Maliyyə Departamenti üçün Maliyyə İşləri üzrə Köməkçi
İşəgörürən FINCA Azerbaijan

Contact Email: [email protected]

İş Öhdəlikləri:

    Öz sahəsi üzrə əməliyyat prosedurlarına, təlimatlara, formalara və s. dair hər hansı zəruri dəyişikliklərin edilməsi üçün Baş Maliyyə Menecerinə və Baş Maliyyə İcraçısı/Maliyyə Təhlilçisinə bildiriş vermək və bu məsələlərə dair onun təsdiqini almaq;
    Maliyyə və digər departamentlərin heyət üzvləri ilə müsbət əlaqələrin saxlanılması. Maliyyə departamentinin digər heyət üzvlərini işlərinə uyğun fəaliyyətlər barədə davamlı olaraq məlumatlandırmaq;
    Daxil olmuş müraciətlərə lazımi qayğı və diqqətlə baxıldığından və “FINCA Azərbaycan”-ın xidmətlər siyahısına dair protokolunda qeyd olunmuş zaman çərçivəsinə riayət olunduğundan əmin olmaq;
    Tələb olunarsa, Baş Maliyyə Meneceri, Baş Maliyyə İcraçısı/Maliyyə Təhliliçisi tərəfindən verilmiş digər xüsusi tapşırıqlar.


Aşağıdakı şərtlərə uyğun gələn işçilər ərizə ilə müraciət edə bilərlər:

    Əsasən İqtisadiyyat, Maliyyə, Biznes, Mühasibat İşi və oxşar səhələrdə Universitet dərəcəsi;
    Əsasən maliyyə sektorunda, universitetlərində və ya tədqiqat sahəsində ən azı bir illik iş təcrübəsi;
    Məlumat bazasının və sənəd işlərinin qorunub saxlanmasına dair biliklər və iş təcrübəsi;
    Hesabatların hazırlanması üzrə bacarıqlar;
    MS Office proqramları, xüsusilə MS Excel üzrə yüksək biliklər;
    Azərbaycan və ingilis dilində səlis danışıq qabiliyyəti, Rus dili biliyi arzu olunandır.

“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 31 Mart 2015-ci il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№163/15) qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!
Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:

Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.
Tel: (012) 596 33 85\86\87;

“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.

Mənbə azerjobs.com

YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015

“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb  “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib.  Sadalananlarla yanaşı,  Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə  1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.

Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz  proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.

Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.

0 Komment

    Şərh yazın