Vakansiya! Atəshgah Sığortadan iş elanı

Vakansiya! Atəshgah Sığortadan iş elanı

Ali (informasiya texnologiyaları sahəsində ali təhsili olan namizədlərə üstünlük verilir) təhsil olmalıdır.

Vəzifə Бизнес-аналитик
İşəgötürən Atəşgah

Contact Email: [email protected]

Namizədə tələblər

    Cinsi: kişi və ya qadın
    Təhsil: Ali (informasiya texnologiyaları sahəsində ali təhsili olan namizədlərə üstünlük verilir)
    İT sahəsində biznes-analitik və ya sistem analitiki vəzifəsində ən azı 2 il iş təcrubəsi
    Dil bilikləri: Azərbaycan (əla), Rus (yaxşı)
    Biznes sahəsi və biznes proseslərin idarə edilməsi haqqında biliklər
    Modellərin, blok-sxemlərin qurulması üçün istifadə olunan xüsusi proqramlarda işləmək bacarığı
    Proqram təminatının işlənməsinə sərf olunan resursların dəyərləndirmə metodları bilikləri
    Təşkilat, idarə və şöbələrin biznes prosesləri üçün ehtiyacların təmin edilməsini anlamaq, təhlil və rəsmiləşdirmək bacarığı

Şəxsi keyfiyyətlər

    Ünsiyyət qurmaq bacarığı
    Analitik düşünmə bacarığı
    Yeniliklərə tez adaptasiya olma bacarığı
    Yüksək nitq mədəniyyəti
    Yüksək təqdim etmə bacarığı

Əsas vəzifə öhdəlikləri

    Şirkətin daxili biznes proseslərin avtomatlaşdırılması zəruriyyətinin təhlili
    Layihə qabağı yoxlamaların aparılması, Sifarişçinin təmsilçiləri ilə analitik müsahibələrin aparılması və işlənib hazırlanan proqram təminatına dair Sifarişçinin tələblərinin müəyyən edilməsi və təhlili
    Mövcud olan informasiya sistemlərinin/proqram təminatının və məqbul texnologiyaların ekspertizasının aparılması
    Proqram təminatından istifadə edərək istehsalat prosesinin optimallaşdırılma variantlarından seçim etməkdə Sifarişçiyə köməyin göstərilməsi
    Sifarişçinin tələblərini, istəklərini və imkanlarını nəzərə alaraq məlumat və proseslərin modellərinin sxemlər vasitəsi ilə qurulması və təsviri
    Hazır proqram təminatına dair istifadəçi təlimatların, qaydaların və reqlamentlərin işləyib hazırlaması
    İnformasiya sistemləri/proqram təminatın işləyib hazırlanmasına və təkmilləşdirilməsinə dair texniki tapşırığın hazırlanması
    Qurulan modellər üzrə Sifarişçi üçün təqdimatların keçirilməsi
    Təklif olunan və ya görülən xidmətlərin sərf olunacaq resurs cəhətdən dəyərləndirilməsi


İş şərtləri

    Əmək müqaviləsi bağlanılır
    İş vaxtı 09:00 - 18:00
    İş günü 5/2  (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
    Şirkət tərəfindən nahar

Qeyd olunan tələblərə uyğun olan namizədlər öz CV formalarını [email protected] ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir )

Mənbə azerjobs.com

YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015

“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb  “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib.  Sadalananlarla yanaşı,  Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə  1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.

Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz  proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.

Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.

0 Komment

    Şərh yazın

    Xəbərlər