
Vakansiya! FİNCA Azerbaijanda çalışmaq imkanı
Ali və ya orta təhsilli şəxslər müraciət edə bilərlər.
Vəzifə Müştəri Xidmətləri Təmsilçisi
İşəgötürən FINCA Azerbaijan
Contact Email: [email protected]
İş Öhdəlikləri:
Müştəri müraciətlərinin operativ araşdırılması və nəticələndirilməsi;
Müştəri xidmətləri ilə bağlı prosesin idarə olunması;
Müştərilər ilə müxtəlif sorğuların keçirilməsi, məktubların cavablandırılması, hesabatların tərtib edilməsi;
Mərkəzi zəng qəbul etmə sistemi vasitəsi ilə zənglərin qəbul edilməsi və qeydiyyata alınması;
Zəng edən şəxslərə kredit şərtləri barədə qısa məlumatın verilməsi;
Zəng edən şəxslərin növbəti addımlar üçün uyğun filial və ya ofislərə istiqamətləndirilməsi;
Müştəri ilə çıxış sorğusunun keçirilməsi;
Sorğu nəticələrinin hazırlanması və hesabat verilməsi.
Aşağıdakı şərtlərə uyğun gələn işçilər ərizə ilə müraciət edə bilərlər:
Azərbaycan, ingilis və rus dili biliklərinin olması;
Daha öncə müştəri xidmətləri və / və ya sorğularda ən azı 1 il iş təcrübəsi;
Səlis danışıq qabiliyyəti, gərgin şəraitdə işləmək İnsanlarla asan ünsiyyət qura bilmək;
Yüksək mənimsəmə, öyrənmə və insanları inandırma qabiliyyətinin olması;
Dəqiqlik, detallara fikir vermək bacarığı;
Kredit işi ilə tanışlıq və ya öyrənmək arzusu;
Bitmiş və ya davam edən ali / orta təhsil;
MS Office proqramlarında sərbəst işləmək bacarığı.
“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 28 Mart 2015-ci il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№160/15) qeyd etməklə göndərə bilərsiniz.
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!
Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:
Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.
Tel: (012) 596 33 85\86\87;
“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.
Mənbə azerjobs.com
YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015
“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib. Sadalananlarla yanaşı, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə 1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.
Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.
Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.
0 Komment
Şərh yazın