
Vakansiya! Rabitabank-dan iş elanı
Excel proqramları üzrə güclü biliklər. Pivot Table, diaqramlar qurulması və çoxluqlar bazası (məs., kredit portfeli) ilə iş bacarığı olmalıdır.
Şirkət: Rabitabank
Vəzifə: Kredit riskləri şöbəsinin mütəxəssisi
Əsas vəzifələr:
Kreditlərə dair analitik hesabatların hazırlanması;
Analitik məlumatlar əsasında kredit risklərinin azaldılması üçün təkliflər verilməsi;
Kredit risklərinin yeni (müasir) ölçülmə vasitələrinin araşdırılması və tətbiqi.
Vəzifəyə olan tələblər:
Ali təhsil;
Bankda maliyyə sahəsində minimum 1 illik iş təcrübəsi;
Mərkəzi bankın müvafiq sahə üzrə təlimatların biliyi;
Analitik qabiliyyət və riyazi-statistik biliklərə malik olması;
Excel proqramları üzrə güclü biliklər. Pivot Table, diaqramlar qurulması və çoxluqlar bazası (məs., kredit portfeli) ilə iş bacarığı;
Məsuliyyətlilik, dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
Ünsiyyət və komandada işləmə bacarığı;
Tez mənimsəmə qabiliyyəti və özünü inkişaf etdirməyə meyllilik.
Maraqlanan şəxslərdən, CV-lərini mövzu yerində vakansiyanın adını qeyd etməklə [email protected] -mail ünvanına göndərmələri və ya Rabitabankın saytında CV formasını dolduraraq müraciət etmələri xahiş olunur.
Mənbə azerjobs.com
“Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabı– Əlavə dəyər vergisi ilə bağlı bütün məlumatlar və müxabirləşmələr
Monitor Konsaltinq Servisin eksperti sərbəst Auditor Altay Cəfərovla hazırladığı yeni nəşr olana - “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabının nəşrə hazırlanması prosesində vergi ödəyicilərinin ƏDV ilə bağlı əməliyyatların həyata keçirilməsində qarşılaşdıqları çətinliklər, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər diqqətlə öyrənilib və onların geniş şərhinə əsaslanan sadə açıqlamalarla çıxış yolları göstərilib.
İnanırıq ki, “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabını oxuyandan sonra bu mövzuda sualınız qalmayacaq.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın