
Vakansiya! Turanbank-ın Agcabədi filialından iş elanı
Əməliyyatçı işləmək istəyənlər üçün
İşəgötürən TuranBank
Vəzifə: Ağcabədi filialı, əməliyyatçı
Vəzifə öhdəlikləri:
Fiziki şəxslərə qanunvericiliyə uyğun bütün növ hesabların açılması, bu hesablar üzrə əməliyyatlar aparılması və onların bağlanılması işini təşkil etmək
Fiziki şəxslərə yüksək səviyyədə bank məhsul və xidmətlərinin satışını təşkil etmək
Gündəlik aparılan əməliyyatlara nəzarət, fiziki şəxslərin hesablarından mədaxil, məxaric sənədlərinin yoxlanılması və imzalanması.
Əmanət müqavilələrinin yoxlanılması, fiziki şəxslərin əmanət hesablarına nəzarət olunması
Filialın əsasnaməsindən və bankdaxili qaydalardan irəli gələn vəzifələrin icrasını təmin etmək
Vəzifəyə olan tələblər:
Ali təhsil
Bank qanunvericiliyini bilmək
İşdə dəqiqlik, ehtiyatlılıq, məsuliyyətlilik
Komandada işləmək bacarığı
Xarici dil bilikləri (rus və ingilis)
MS office proqramlarında yaxşı işləmək qabiliyyəti
Yaş: 23 – 33
E-mail: [email protected]
Tel: (012)510-79-11 (daxili 175, 154)
Mənbə azerjobs.com
YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015
“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib. Sadalananlarla yanaşı, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə 1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.
Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.
Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.
0 Komment
Şərh yazın