
Vakansiya! Bank Avrasiya ASC-da çalışmaq imkanı
Ali iqtisadi təhsil və ya biznes üzrə təhsil olmalıdır.
Vəzifə Hüquqi şəxslərin kreditləşdirilməsi şöbəsinin müdiri
İşəgötürən Bank Avrasiya ASC
Namizədlər üçün irəli sürülən tələblər:
Ali iqtisadi təhsil və ya biznes üzrə təhsil
Ən azı 3 il kreditləşmə sahəsində bank təcrübəsi
MS Office proqramların üzrə biliklər
Analitik qabiliyyət
Dəqiqlik bacarığı
Məsuliyyətlilik
Ünsiyyətqurma və komandada işləmək bacarığı
İşin təsviri:
şöbənin işini planlaşdırmaq və təşkil etmək, bankdaxili siyasət və qaydalarda, habelə idarəetmə orqanları tərəfindən şöbəyə həvalə edilmiş işlərin yerinə yetirilməsini təşkil etmək;
əsas bank proqramında və digər proqram vasitələrində kreditləşmə əməliyyatlarının əks olunmasını təmin etmək;
kreditləşməyə aid bütün digər arxa ofis funksiyalarını təşkil etmək;
ona birbaşa hesabatlı olan işçilərin vəzifə təlimatlarını və hədəflərini müəyyən etmək, onlara təlim və məsləhət vermək, fəaliyyətlərini qiymətləndirmək;
Bankın strategiyasına uyğun olaraq, kredit bazarını mütəmadi olaraq təhlil etmək və kreditləşmə proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər vermək;
Bankın menecmentinin müəyyən etdiyi və bankdaxili qaydalarla müəyyən olunmuş kredit biznesi üzrə hesabatlar hazırlamaq;
Bankdaxili qaydalara müvafiq olaraq, borcalanların biznesinə və girov əmlakına yerində baxışı təşkil etmək;
bankdaxili qaydalara müvafiq olaraq, kreditlərin monitorinqini təşkil etmək;
Bankın girovların ilkin və yenidən qiymətləndirilməsi, monitorinqi üzrə siyasətini, ona əlavə və dəyişiklikləri hazırlamaq, müvafiq təsdiqdən sonra icrasını təmin etmək;
qiymətləndirici və sığorta şirkətlərinin qiymətləndirmə prosesinə nəzarət etmək, ehtiyac olduqda bu prosesdə iştirak etmək;
kredit qovluqlarının aparılması və etibarlı saxlanmasını təşkil etmək;
kreditləşmə ilə əlaqədar sığorta müqavilələrinin müddətlərinə nəzarəti təşkil etmək.
CV – ləri [email protected] elektron poçtuna göndərə bilərsiniz.
Mənbə azerjobs.com
YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015
“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib. Sadalananlarla yanaşı, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə 1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.
Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.
Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.
0 Komment
Şərh yazın