
Vakansiya! Bank Avrasiya ASC-dən iş elanı
Ali iqtisadi təhsil olmalıdır.
Vəzifə Büdcə şöbəsinin müdiri
İşəgötürən Bank Avrasiya ASC
Contact Email: [email protected]
Namizədlər üçün irəli sürülən tələblər:
Ali iqtisadi təhsil
Ən azı 2 il uçot və ya hesabat sahəsində bank təcrübəsi
MS Office proqramların üzrə biliklər
Maliyyə menecmeti sahəsində sertifikatlar
Maliyyə sahəsinə aid qanunvericiliyə dair biliklər
Nəzarət edə bilmə qabiliyyəti
Strateji düşünmə və analitik təhlil bacarığı
Məsuliyyətlilik
Ünsiyyətqurma və komandada işləmək bacarığı
İşin təsviri:
qəbul olunmuş maliyyə menecmenti üzrə siyasətə uyğun olaraq, bankın məhsul və xidmətlərinin maya dəyərinin hesablanması üzrə metodologiyanı, Bankda büdcənin tərtib və nəzarət olunması metodologiyasını və onlara dəyişikliklər və əlavələri hazırlamaq;
mövcud və yeni məhsul və xidmətlərin maya dəyərini, onların gəlirliliyini hesablamaq;
qiymət, o cümlədən daxili qiymətlər sistemi, gəlir və xərc mərkəzləri yaradılması üzrə təkliflər hazırlamaq və müvafiq təsdiqdən sonra icra etmək;
törəmə və ortaq müəssisələrə investisiyaların səmərəliliyinin təhlilini aparmaq və belə investisiyaların səmərəliliyin artırılması üçün İdarə Heyətinə təkliflər hazırlamaq;
Bankın xərclərinin səmərəliliyini hesablayır və xərclərin səmərəliliyinin artırılması üzrə İdarə Heyətinə təkliflər hazırlamaq;
Bankın gəlirliyinin artırılması, strateji hədəflər və maliyyə məqsədlərinin yerinə yetirilməsinin təmin olunması üzrə təkliflər hazırlamaq;
Bankın maliyyə göstəricilərinin yaxşılaşması üzrə təkliflər vermək, maliyyə vəziyyətinə mənfi təsir göstərən məsələlər üzrə İdarə Heyəti qarşısında məsələ qaldırmaq;
büdcənin tərtibi və onun icrasına nəzarət, habelə hesabatlılıq üzrə bağlı digər bütün işləri görmək;
mütəmadi olaraq Bankın maliyyə təhlilini aparmaq və bankdaxili qaydalara müvafiq hesabatları və məlumatları hazırlamaq;
şöbənin funksiyalarına aid olan məsələlər barədə müraciətlərə və məktublara cavab hazırlamaq.
CV – ləri [email protected] elektron poçtuna göndərə bilərsiniz.
Mənbə azerjobs.com
YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015
“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib. Sadalananlarla yanaşı, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə 1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.
Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.
Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.
0 Komment
Şərh yazın