Vakansiya! Mühasib vəzifəsində çalışmaq imkanı

Vakansiya! Mühasib vəzifəsində çalışmaq imkanı

Sumqayıt şəhərində işləmək istəyənlər üçün

Vəzifə: Mühasib
İşə götürən: Azertexnolayn MMC
İş yeri: Sumqayıt/Azərbaycan

“Azərtexnolayn” MMC-nin əsas fəaliyyəti Spiral Qaynaqlı Polad Boruların istehsalı, Polietilen və dəmir neft, qaz və su borularının  istehsalı, Metal konstruksiyalarının hazırlanması, Hidrotexniki avadanlıqların istehsalı

Namizəd aşağıdakı tələblərə cavab verməlidir :

    Mühasibat hesabının təşkili və hesabatın tərtibi üzrə yuxarı orqanların əsasnamə, sərəncam və əmrlərini, metodiki-normativ və başqa rəhbər materialları;
    Müəssisə, idarə və təşkilatlarda mühasibat hesabının metod və formalarını, uçot və hesabatı, hesabatların plan və korrespondensiyasını;
    Balans və onun əlavələrinin hesablanması qaydalarını;
    Hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkilini, sənədlərin rəsmiləşdirilməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat hesabı sistemində əks olunma qaydalarını;
    Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin iqtisadi təhlil metodlarını;
    Hesablama texnikasının istismarı qaydalarını;
    İqtisadiyyatın, istehsalatın, əməyin və idarəetmənin təşkilinin əsaslarını;
    Daxili əmək intizamı qaydalarını;
    Əmək qanunvericiliyinin əsaslarını;


Uyğun namizədin həyata keçirəcəyi öhdəliklər:

    Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir;
    Balansı və onun əlavələrini tərtib edir;
    Maliyyə intizamının yerinə yetirilməsində və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
    Pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirir;
    İtkinin əmələ gəlmə səbəblərini və qeyri-məhsuldar xərclərin mənbəyini üzə çıxarır, onların qarşısının alınması üçün təkliflər hazırlayır;
    Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də fondlara vəsaitin köçürülməsini həyata keçirir;
    Təsərrüfatdaxili ehtiyatları üzə çıxarmaq məqsədi ilə mühasibat uçotu və hesabatı göstəriciləri əsasında müəssisə, idarə və təşkilatın təsərrüfat-maliyyə fəaliyyətinin təhlilinin aparılmasında, qənaət rejiminin və sənəd dövriyyəsinin təkmilləşdirilməsi tədbirlərinin yerinə yetirilməsində, hesablama texnikasının istifadəsi əsasında mühasibat uçotunun proqressiv forma və metodlarının işlənib hazırlanmasında və tərtibində, eləcə də pul vəsaitlərinin, mal-material qiymətlilərinin hesablanması və ödənilmə öhdəliklərinin inventarizasiyasının aparılmasında iştirak edir;
    Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır, mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirir;
    Baş mühasib tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqların icra edir.
    Yüksək səviyyədə komputer biliyi
    Azərbaycan, İngilis və Rus dillərində yazmaq və danışmaq bacarığı.

E-mail: [email protected]

Mənbə azerjobs.com

Yoxlamalar 2013                                                
 Vergilər Nazirliyi (kameral, operativ nəzarəti, səyyar və s.), DSMF, DƏMX, Məşğulluq və s. orqanlarının apardığı yoxlamalar barədə praktiki misal və nümünələr olan kitab dərc olunub... “Monitor Konsaltinq Servis” MMC ilin sonuna doğru oxucularını dah bir gərəkli nəşrlə sevindirməyə qərar verdi. Sərbəst Auditor, "Monitor Konsaltinq" jurnalınını eksperti Altay Cəfərov “Yoxlamalar A-dan Z-yə” kitabı Azərbaycan Respublikasında bu sahədə qələmə alınan ilk kitabdır. Yoxlamalar, istər müstəqillikdən əvvəl, istərsə də sonra müəssisə və təşkilat rəhbərlərinin və mühasiblərin az məlumatlı olduğu mövzulardan biri, bəlkə də birincisidir.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın  istənilən ünvana çatdırılma pulsuzdur.

0 Komment

    Şərh yazın

    Xəbərlər