Vakansiya! Hüquqşünas işləmək imkanı

Vakansiya! Hüquqşünas işləmək imkanı

Nahar şirkət tərəfindən verilir

Şirkət: Soyuz Aqro Kontrakt MMC
Vəzifə: Hüquqşünas

Ali hüquq təhsili
25 yaşadək olan bəylər

    Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilməli (Rus dilini bilənlərə üstünlük verilir);
    Stres altında işləməyi və stres vəziyyətlərdə qərar qəbul etməyi bacarmalı;
    Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
    Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək qabiliyyətinə malik olmalı;
    Məxfilik, diqqət, analiz etmək, ünsiyyət bacarığı, vaxtın idarə olunması, səbirlilik, komandada işləyə bilmək və baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək kimi bacarıqlarının olması.


Işin tesviri:

    Cəmiyyətdə normativ aktların müddəalarının düzgün tətbiq edilməsinin təmin edilməsi;
    Cəmiyyət ilə bağlı bütün sənədlərin (qərarlar, əmrlər, sərəncamlar, əsasnamələr, prosedurlar və.s) icra edilməsindən qabaq onların qanunvericiliyə uyğunluğunun yoxlanılması və lazım gəldikdə razılığın bildirilməsi (sənədlərin müvafiq yerində imza etməklə);
    Cəmiyyətdə hüquq pozuntusunun olması faktı aşkar edildikdə, onun aradan qaldırılması məqsədilə rəhbərliklə birgə hüquqi tədbirlərin görülməsinin təmin edilməsi;
    Mülki hüquqi xarakterli müqavilələrin hazırlanması, müqaviləni qarşı tərəfə təqdim etdikdə onun qanunvericiliyin və Cəmiyyətin maraqlarına uyğunluğunun yoxlanılması;
    Cəmiyyətdə kadr uçot sənədlərinin qanunvericiliyin tələblərinə uyğun qaydada hazırlanmasına və hərəkətinə nəzarət edilməsi, bu sahədə hüquqi məsləhətlər və əlverişli təkliflər verilməsi;
    Cəmiyyətin maraqlarını lazımınca müdafiə etmək məqsədilə etibarnaməli nümayəndə qismində məhkəmədə bütün zəruri prosessual imkanlardan istifadə edilməsi;
    Cəmiyyətin fəaliyyəti ilə bağlı hüquqi məsləhətlər, rəylər və arayışların verilməsi;
    Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;
    Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
    Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;
    Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi.

İş günləri həftədə 6 gün saat 09:00-18:00 dək, bazaar günü istirahət günüdür.

Nahar şirkət tərəfindən verilir

Əmək haqqı başlanğıc olaraq 400 manat (xalis)

Iş yerinin ünvanı; Xirdalan şəhəri quşçuluq massivi ,Həsən Əliyev 21

Elaqəli şəxslər:

Tural Cahangirov  (050) 484 81 85
Shahhuseyn Huseynov  (055) 233 19 85

CV ləri [email protected] unvanina göndərin . Movzu bölməsinə “hüquqşünas” yazılmaq şərti ilə

Mənbə azerjobs.com

YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015

“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb  “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib.  Sadalananlarla yanaşı,  Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə  1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.

Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz  proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.

Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.

0 Komment

    Şərh yazın

    Xəbərlər