
Vakansiya! Bank sektorunda çalışmaq istəyənlər üçün
Demir Bank-da karyera qurmaq imkanı
Vəzifə: IT Auditor
İşəgötürən: Demir Bank
İşin təsviri:
Audit Komitəsi tərəfindən təsdiq edilmiş illik plana əsasən Bankın funksional İT struktur bölmələrinin hərtərəfli auditinin aparılması;
Normativ-hüquqi aktların və bankdaxili qaydaların icrasının vəziyyətinin auditinin aparılması;
Risk ehtimalı ilə əlaqədar bank kapitalının qiymətləndirilməsi sisteminin yoxlanılması və qiymətləndirilməsinin aparılması və nəzarət edilməsi;
Bütün növ bank əməliyyatları üzrə İT etibarlığının yoxlanılmasının təşkili;
Elektron informasiya sistemləri və bank xidmətləri də daxil olmaqla, maliyyə və idarəedici informasiya sistemlərinin yoxlanılması və qiymətləndirilməsini təşkili;
İT fəaliyyətlərin səmərəliliyinin və effektivliyinin qiymətləndirilməsini aparılması;
Bankın fəaliyyətində istifadə edilən İT standartlarının tətbiqini qiymətləndirilməsi;
Bankda mövcud olan daxili nəzarət sistemlərinin adekvatlığını qiymətləndirilməsi;
İT nəzarət sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;
Audit zamanı aşkar edilmiş istisnalar və nöqsanlar haqda yekun qərar qəbul edilməsi üçün əlavə araşdırmalarının aparılması.
Namizədə qarşı tələblər:
Kompyuter və informasiya sistemlərinin idarəedilməsi sahəsində bakalavr dərəcəsinin olması (CİSA arzu olunandır);
Azərbaycan mükəmməl, rus və ingilis dillərinində biliklər üstünlük hesab olunur;
İT sahəsində ən azı 2 il iş təcrübəsinin olması;
Yaxşı səviyyədə Əməliyyat Sistemləri, Microsoft Office, SQL, PL/SQL, Oracle Database bilik və təcrübəsinin olması;
İşində dəqiq, mühitə tez uyğunlaşan, səmimi, işində planlı və səliqəli kimi bacarıqlara sahib olması;
Bank işini tənzimləyən qanunvericilik və Mərkəzi Bankın normatıv sənədlərinin tələbləri ilə yaxından tanış olmalı;
Daim təşəbbüskar, davamlı, müstəqil və qərəzsiz fəaliyyət göstərməli;
Bank sirri təşkil edən məlumatların məxfiliyini qoruyub saxlamalı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 12 mart 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (IT auditor) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Mənbə jobsearch.az
YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015
“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib. Sadalananlarla yanaşı, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə 1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.
Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.
Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.
0 Komment
Şərh yazın