
Vakansiya! FİNCA Azerbaijanda çalışmaq imkanı
Ali təhsil (hüquqi ali təhsili olanlar arzuolunandır) olmalıdır.
Vəzifə: Problemli Kreditlər Üzrə Mütəxəssis
İşəgötürən: FINCA Azerbaijan
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatının Gəncə, Ağcabədi - İmişli, Cəlilabad - Masallı, Ağdaş - İsmayıllı şəhərlərində yerləşən filialları üçün PROBLEMLİ KREDİTLƏR ÜZRƏ MÜTƏXƏSSİS vəzifəsinə işçilərin axtarışını elan edir.
Əsas vəzifə və öhdəlikləri:
• Təşkilatın fəlsəfəsini və məqsədlərini başa düşmək və dəstəkləmək;
• Öz bacarıqları daxilində Hüquq Departamentinin Meneceri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin Təşkilatın qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
• Bütün fəaliyyətini Təşkilatın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
• Problemli borclar üzrə yığımın təşkili və yığım prosesinin davamlığının təmin edilməsi;
• Məhkəmyə qədər borcların qaytarılması istiqamətində qanunauyğun təsir tədbirlərindən istifadə etmək;
• Hüquq Departamentinin Meneceri tərəfindən tapşırılmış digər vəzifələri yerinə yetirmək;
Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:
• Ali təhsil (hüquqi ali təhsili olanlar arzuolunandır);
• Borcların yığılması, problemli müştərilərlə işləmək sahəsində ən azı 2 il iş təcrübəsi;
• Mülki, mülki-prosessual, icra, ipoteka və bank qanunvericiliyi haqqında anlayışı olmalı;
• Azərbaycan dilində səlis danışmaq, (İngilis və Rus dillərini bilmək arzuolunandır);
• Microsoft və ofis proqramlarını mükəmməl bilmək;
• Təşkilat və onun missiyasına yüksək sadiqlik;
• Əla şəxsi keyfiyyətlər;
• Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri;
• Görülən işlər barədə müvafiq hesabat hazırlamaq.
“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 09 mart 2015-ci il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№149/15) qeyd etməklə göndərə bilərsiniz.
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!
Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:
Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.
Tel: (012) 596 33 858687;
“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.
Mənbə jobsearch.az
YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015
“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib. Sadalananlarla yanaşı, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə 1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.
Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.
Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.
0 Komment
Şərh yazın