Vakansiya! Xalq Bank-ın Şirvan filialında karyera qurmaq imkanı

Vakansiya! Xalq Bank-ın Şirvan filialında karyera qurmaq imkanı

Ali magistr təhsili (Texniki ixtisaslara üstünlük verilə bilər) olmalıdır.

Vəzifə: Bankın “Şirvan” filialının informasiya texnologiyaları üzrə stajçı mütəxəssisi/baş mütəxəssisi
Şirkət:  Xalq Bank
Əmək haqqı: (500 AZN-dən 1750 AZN-dək)
Vəzifə : ( stajçı mütəxəssis, kiçik mütəxəssis, mütəxəssis, aparıcı mütəxəssis, böyük mütəxəssis, baş mütəxəssis)
Qeyd : Bank təcrübəsi olmayan namizədlər əmək haqqı (500 AZN) ödənilməklə stajçı mütəxəssis  götürülə bilər.
İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə
Şəhər: Şirvan

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

    Ali magistr təhsili (Texniki ixtisaslara üstünlük verilə bilər);
    Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dilini yaxşı səviyyədə bilmək arzuolunandır);
    Hərbi xidməti bitirənlər vəya uzun müddətli möhlət hüququ olanlar (oğlanlar üçün);
    MCP sertifikatı olan namizədlərə üstünlük verilə bilər;
    Tələb olunan sahə üzrə minimum 1 (bir) il iş təcrübəsi arzuolunandır;
    TCP/IP və OSI modelləri, marşrutlaşdırma, kommutasiya və şəbəkə təhlükəsizliyi prinsipləri, VMWare, DNS, DHCP, Active Directory, Terminal Server, Exchange 2010/2013 haqqında fundamental biliklər;
    “Windows domain”, fibro - optik texnologiyalar (İP/MPLS), VoİP sistemlərinin işi üzrə biliklər;
    Komandada işləmək bacarığı;
    İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;


İŞİN TƏSVİRİ:

    İT infrastruktur elementlərinin idarə edilməsi və onlara nəzarət;
    “Hardware” və “Software” sistemlərinin quraşdırılması;
    Yeni İT infrastrukturunun, avadanlıqlarının inkişaf etdirilməsi və onların təminatında iştirak;
    İT avadanlıqlarında olan nasazlıqların aradan qaldırılması;
    Yeni texnologiyaların öyrənilməsi və tətbiqi;
    İT prosedurları və siyasəti çərçivəsində digər öhdəlikləri icra etmək.

QEYD: Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.

E - mail :  [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34

Mənbə azerjobs.com

YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015

“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb  “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib.  Sadalananlarla yanaşı,  Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə  1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.

Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz  proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.

Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.

0 Komment

    Şərh yazın

    Xəbərlər