
Vakansiya! Biznes kredit işçisi vəzifəsində çalışmaq istəyənlər üçün
Sumqayıt və Xaçmaz şəhərlərində işləmək imkanı
Vəzifə Biznes kredit işçisi
İşəgötürən TCF Bank
Contact Email: [email protected]
“TCF” Bank olmayan kredit təşkilatı ASC Sumqayıt və Xaçmaz şəhərlərində yerləşən filialları üçün Biznes kredit işçisi vəzifəsinə işçi qəbulu elan edir.
Əsas vəzifə və öhdəliklər:
Yeni müştərilərin cəlb edilməsi üçün aktiv marketinq təbliğatının həyata keçirilməsi və müştərilərə təşkilatın kredit məhsullarına dair məlumatın verilməsi;
Müraciət ərizələrinin qəbulu, müştərilərin və zaminlərin (əgər mövcuddursa) təhlili, ödəmə qabiliyyətinin müəyyən edilməsi;
Müraciətlərin kredit komitəsinə təqdim edilməsi və müdafiəsi;
Kredit portfelinin formalaşdırılması və idarə edilməsi;
Kredit layihələri üzrə risklərinin qiymətləndirilməsi;
Müvafiq hesabatların hazırlanması:
Müştərilərin geri ödənişlərinə nəzarət;
Tələb olunan keyfiyyətlər:
Ali təhsil (idarəetmə, maliyyə, biznes və s. iqtisadi sahələr üzrə);
Kredit sahəsində ən azı 1 (bir) il iş təcrübəsi;
Azərbaycan dilində sərbəst danışmaq və yazmaq;
Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
Müştərilərlə davranış etikası.
Lizinq, bank və ya bank olmayan kredit təşkilatında kredit mütəxəssisi vəzifəsində çalışan namizədlərə üstünlük veriləcəkdir.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Biznes kredit işçisi Sumqayıt və Xaçmaz) qeyd etməklə göndərmələri xahiş olunur.
CV-lər həmçinin aşağıda göstərilən ünvanlara təqdim edilə bilər:
Baş İdarə
Ünvan: Bakı şəh., Binəqədi Rayonu, Ə. Naxçıvani, ev 3066-cı məhəllə
“Sumqayıt” filialı
Ünvan: Sumqayıt şəh., Cəfər Cabbarlı küç, 20 E
“Xaçmaz” filialı
Ünvan: Xaçmaz ray., H.Z.Tağıyev, 35A
Faks: (012) 563 23 27
Mənbə azerjobs.com
“Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabı– Əlavə dəyər vergisi ilə bağlı bütün məlumatlar və müxabirləşmələr
Monitor Konsaltinq Servisin eksperti sərbəst Auditor Altay Cəfərovla hazırladığı yeni nəşr olana - “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabının nəşrə hazırlanması prosesində vergi ödəyicilərinin ƏDV ilə bağlı əməliyyatların həyata keçirilməsində qarşılaşdıqları çətinliklər, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər diqqətlə öyrənilib və onların geniş şərhinə əsaslanan sadə açıqlamalarla çıxış yolları göstərilib.
İnanırıq ki, “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabını oxuyandan sonra bu mövzuda sualınız qalmayacaq.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın