Vakansiya! Vijn Fond Azerkreditdən iş elanı

Vakansiya! Vijn Fond Azerkreditdən iş elanı

Ali təhsil mütləqdir.

İşəgötürən Vijn Fond AzərKredit

Vəzifə MİS mütəxəssisi
Biz İT / MİS komandamıza qoşulmaq üçün yaxşı kodlaşdırma bacarığı olan yaradıcı MİS mütəxəssisi axtarırıq.

İT / MİS komandasının əsas üzvlərindən biri olmaqla, siz əsasən CBS Temenos T24 inteqrasiyası illə korporativ şəbəkə (intranet) mənbələri üçün “House Web Application”-ları hazırlayacaqsınız.
Biz rəqabətə davamlı əmək haqqı və müavinətlər paketi və o cümlədən, maraqlı və müxtəlif iş mühiti təklif edirik.  

İş yeri Bakı şəhərində AzərKreditin Baş Ofisində olacaq.
İş rejimi Bazar ertəsindən Cümə günü də daxil olmaqla, 09:00-dan 18:00-dək olacaq.

Əsas vəzifə və öhdəlikləri:

• Obyekt yönümlü təhlillər, dizayn və proqramlaşdırma, xüsusilə daxili şəbəkə layihələri, House Application-ları üçün şəbəkə proqramlaşdırması;
• Güclü optimallaşdırma və funksionallığı təmin etməklə korporativ internet səhifəsinin tərtibi və hazırlanması;
• PHP, JavaScript, SQL və digər proqramlaşdırma dillərinin kombinasiyasında (məsələn, AJAX) proqramlaşdırma;
• MySql və MS Sql kimi müxtəlif məlumat bazası sistemlərində işləmək;
• Dizayn, texniki təminat, sənədləşdirmə, sınaq və monitorinq də daxil olmaqla, web sistemlərin təhlili, nəzarəti və modifikasiyası;
• İT/MİS administrasiyasında yardım etmək, istifadəçiyə dəstək və məsləhətlər vermək, İT/MİS sistemləri üzrə istifadəçiləri təlimləndirmək;
• Bakı və regional ofislərində İT/MİS layihələrin icrasında iştirak etmək;   
• İT/MİS Departamentinin rəhbəri, İdarə Heyəti tərəfindən verilmiş digər tapşırıqları icra etmək;
• Şirkət fəlsəfəsi və məqsədlərini qavramaq və dəstəkləmək;
• Supervayzer tərəfindən qoyulmuş hədəflərə çatmaq üçün bacarıqları imkanını hər bir səyi göstərmək və AzərKreditin məqsədinə çatması üçün davamlı olaraq çalışmaq;
• Bütün fəaliyyətlərini AzərKredit siyasətləri və prosedurlarına uyğun aparmaq;
• Şirkətin fəlsəfə və məqsədlərini başa düşmək və dəstəkləmək;
• Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin AzərKreditin qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
• Bütün fəaliyyətini AzərKreditin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək.


Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

• Ali təhsil dərəcəsi;
• Müvafiq sahədə ən azı 2 ill təcrübə;
• PHP, JavaScript, XML, CSS, HTML və XHTML dillərini yaxşı bilmək;
• MySQL, MS SQL üzrə yaxşı bilik, məlumat bazalarını (Müştəri-Serveri) bilmək əlavə üstünlük hesab ediləcək;
• Windows OS, MS Office proqramları, VBA, ODBC proqramlarını bilmək;
• Linux OS biliyi, CentOS üzrə təcrübə əlavə üstünlük hesab ediləcək;
• Maliyyə sektorunda təcrübə üstünlük hesab ediləcək;
• Güclü təhlil bacarıqları;
• Ölkə daxilində keçirilən İT tədbirlərində və tələb olunduğu halda müxtəlif təlimlərdə iştirak etmək imkanı;
• Bir neçə tapşırığı idarə edə bilmək və gərginlik altında işləyə bilmək;
• Azərbaycan və ingilis dillərini (yazılı və şifahi) yaxşı bilmək, rus dilini də bilməsi arzuolunandır;
• Yaxşı şəxsi keyfiyyətlər, komanda işi bacarıqları;
• Təşkilatın missiyasına sadiqlik.

Maraqlı namizədlərdən xahiş olunur ki, CV-ləri 12 mart 2015-cü il tarixinədək e-mail ([email protected]) (mövzu hissəsində ‘Leading MIS Specialist’ göstərin) və ya faks vasitəsilə ((+994 12) 597 30 39) təqdim etsinlər.

Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
E-ünvan: [email protected]  Fax: (+994 12) 597 30 39   www.azercredit.az

Mənbə jobsearch.az

YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015

“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb  “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib.  Sadalananlarla yanaşı,  Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə  1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.

Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz  proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.

Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.

0 Komment

    Şərh yazın

    Xəbərlər