
Vakansiya! İctimaiyyətlə əlaqələr üzrə menecer işləmək imkanı
Ali təhsil mütləqdir.
Vəzifə: İctimaiyyətlə əlaqələr üzrə menecer
İşəgötürən: İcbari Sığorta Bürosu
Vəzifənin adı: İctimaiyyətlə əlaqələr üzrə menecer
Əsas funksiyalar:
– Büronun ictimaiyyətlə əlaqələr və reklam strategiyasının hazırlanması və həyata keçirilməsi;
– İctimaiyyətlə əlaqə kanallarının düzgün seçilməsi;
– İctimaiyyətlə əlaqələr və reklam işlərinin aparılmasına birbaşa nəzarət;
– Büronun rəsmi internet səhifəsi üçün məlumatların hazırlanması, internet səhifəsindəki məlumatların yenilənməsi;
– KİV üçün xəbər və məlumatların, rəsmi çıxışların hazırlanması;
– Büronun fəaliyyəti ilə bağlı müstəqil şəkildə təqdimat, press-relizlər, hesabatlar hazırlanması;
– Rəhbərliyin mətbuatda dərc olunan və Büronun fəaliyyətinə aid olan məlumatlarla təmin edilməsi (media monitorinq);
– Press konfrans və digər bu kimi ictimai tədbirlərin keçirilməsinin təşkili;
– Reklam xarakterli mətnlərin hazırlanması
– İctimaiyyətlə əlaqələr və reklam büdcəsinin idarə edilməsində iştirak və s.
Namizədə dair tələblər:
– Ali təhsil
– Azərbaycan, rus və ingilis dillərində əla səviyyədə (yazılı və şifahi) bilmə;
– İctimaiyyətlə əlaqələr sahəsində 2 -3 il iş təcrübəsi;
– Professional etik davranışları əsas tutmaq;
– MS Office proqramlarında mükəmməl səviyyədə işləmək bacarığı;
– Hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması bacarığı;
– Əla ünsiyyət qurma və komandada işləmək bacarığı;
– Stress altında işləmək qabiliyyəti
– Kreativ düşünmə qabiliyyəti, yeni ideyalara malik olması və s.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV - lərini 25.03.2015 - ci il tarixinədək [email protected] ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq)
Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.
Mənbə jobsearch.az
YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015
“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib. Sadalananlarla yanaşı, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə 1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.
Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.
Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.
0 Komment
Şərh yazın