Vakansiya! Filial müdiri işləmək imkanı

Vakansiya! Filial müdiri işləmək imkanı

Əmək haqqından əlavə ayliq bonus da verilir.

  
Vəzifə: Filial Müdiri (Mingəçevir)
İşəgötürən: KredAgro CJSC 
Vəzifəyə olan tələblər
 
- Ali təhsil olması,
- Bank və yaxud Bank Olmayan Kredit Təşkilatında ən azı 3-5 il iş stajı və idarəetmə tərcübəsi;
- Menecerlik və təşkilatçılıq qabiliyyəti, peşəkar bilik və tərcübəsi
- Filialın əməkdaşlarının vahid komanda şəkilində fəaliyyətini təşkil etmək və kollektivdə işləmək qabiliyyəti.
- Məsuliyyətli, peşəkar, tələbkar, təşəbbüskar olmaq, əməkdaşlar qarşısında vəzifələri düzgün qoymaq bacarığı və qərar qəbul etmək qabiliyyəti.
- MS Office proqramında işləmək bacarığı
- Azərbaycan və Rus dilini mükəmməl bilməyi

 
Əsas vəzifə və öhdəlikləri:
 
-   Filialın kredit portfelinin keyfiyyətini idarə etmək;
-   Filialın personalını seçmək və idarə etməkdə filial ilə əməkdaşlıq etmək;
-   Borcalanların ödənişlərinin vaxtlı vaxtında aparılmasına nəzarət etmək;
-   Problemli kreditlərlə işləmək;
-   Filialın maliyyə analizlərini aparmaq ;
-   Yerli Kredit Komitəsində iştirak etmək;
-   İşçi heyətinin təlimatlandırılmasında iştirak etmək;
-   Borcalanların əmlakının qiymətləndirilməsini aparmaq;
-   Filialın işçi heyəti və Baş Ofis arasında keyfiyyətli əməkdaşlıq qurulmasını təmin etmək və məlumat axımını düzgün əlaqələndirmək;
-   Ərizəçiləri qəbul edib onlarla danışıqlar aparmaq, bizneslərini təhlil edərək potensial müştəriləri seçmək.
 
Yüksək Maaş + Ayliq Bonus

CV-ləri mütləq şəkildə mövzu hissəsində müraciət etdiyiniz vəzifə göstərilməklə  [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Əks halda ərizələr nəzərdən qaça bilər.

Mənbə jobsearch.az

YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015

“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb  “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib.  Sadalananlarla yanaşı,  Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə  1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.

Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz  proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.

Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.

0 Komment

    Şərh yazın

    Xəbərlər