
Vakansiya! Marketinq Satış meneceri işləmək imkanı
25-35 yaşlı şəxslər müraciət edə bilərlər.
İşəgötürən Business Service Centre
Vəzifə: Marketinq Satış meneceri
Əsas funksiyaları :
Şirkətin satış siyasətinin təşkil olunması;
Satış təmsilçilərinin fəaliyyətini təşkil və idarə etmək;
Şirkət maraqlarının təmin olunması məqsədilə;
Satış istiqamətində operativ qərarların qəbulu;
Istehsal olunan məhsulların rəqabətə davamlılığının təyini;
Yeni istehlak bazarlarının araşdırılması;
Mövcud bazar durumunun analizi və digər bu kimi istiqamətlərdə bazar araşdırmaları həyata keçirir;
Bilməlidir:
İstehsal olunan məhsulun öz xüsusiyyətlərini və ona olan istehlakçı xüsusiyyətlərini, məhsulun yerli və xarici analoqlarından fərqlərini, onun üstünlüklərini və çatışmazlıqlarını;
PR və Reklam işinin təşkilini;
Müştərilərin istehsal edilən məhsula olan münasibətlərinin motivasiya edilməsi metodlarını;
Dilerlərlə, kütləvi informasiya vasitələri ilə iş vasitələri və metodlarını;
Müştərilərin iradlarına və şikayətlərinə baxılması və onlara cavabların hazırlanması qaydalarını;
Müəssisənin məhsuluna olan standartları və texniki şərtləri;
Marketinqin təşkili və bazarın maliyyə -iqtisadi vəziyyəti və həcminin qiymətləndirilməsi üzrə qanunvericilik və normativ hüquqi aktları, metodiki materialları;
Bazar konyunkturasının öyrənilməsi və istehsal olunan məhsula olan tələb proqnozlarının hazırlanılması metodlarını;
Marketinq və menecmentin əsaslarını;
İşgüzar ünsiyyət etikasını;
Estetikanın, etikanın, ümumi və xüsusi psixologiyanın, sosiologiyanın əsaslarını;
Tələblər :
Ali təhsil;
Azərbaycan,rus və ingilis dillərini bilən;
Ən azı 3 il iş təcrübəsi;
Komandada işləməyi bacaran;
Təmkinlilik,etibarlılıq,özünə inam;
Aktiv, təşkilatçı, operativ çalışan, bacarıqlı;
Yaş həddi 25-35-dək
Ofis proqramlarında işləmə bacarığı olmalı;
Psixoloji, əqli, zəkası və yaraşıqlı görünüşü olmalı.
Əmək haqqı yüksəkdir. Müsahibədən sonra namizədin bilik və bacarığına uyğun olaraq müəyyən ediləcəkdir.
Xahiş edirik, maraq göstərən şəxslər öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə " Marketinq satış meneceri " sözünü qeyd etməklə [email protected] elektron poçtuna göndərsinlər
Mənbə azerjobs.com
Yoxlamalar 2013
Vergilər Nazirliyi (kameral, operativ nəzarəti, səyyar və s.), DSMF, DƏMX, Məşğulluq və s. orqanlarının apardığı yoxlamalar barədə praktiki misal və nümünələr olan kitab dərc olunub... “Monitor Konsaltinq Servis” MMC ilin sonuna doğru oxucularını dah bir gərəkli nəşrlə sevindirməyə qərar verdi. Sərbəst Auditor, "Monitor Konsaltinq" jurnalınını eksperti Altay Cəfərov “Yoxlamalar A-dan Z-yə” kitabı Azərbaycan Respublikasında bu sahədə qələmə alınan ilk kitabdır. Yoxlamalar, istər müstəqillikdən əvvəl, istərsə də sonra müəssisə və təşkilat rəhbərlərinin və mühasiblərin az məlumatlı olduğu mövzulardan biri, bəlkə də birincisidir.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın