
Vakansiya! DemirBank-dan iş elanı
Ali təhsil (mühasibat uçotu, maliyyə-kredit, audit, hüquq) olmalıdır.
Vəzifə kiçik auditor
İşəgötürən DemirBank
Contact Email: [email protected].
İşintəsviri:
Struktur bölmələrinin hərtərəfli auditinin aparılması (Bakı şəhərində və regionlarda);
Aparılmış yoxlamaların qiymətləndirilməsi və hesabatın verilməsi;
Daxili nəzarət sistemlərinin effektivliyi və uyğunluğunun yoxlanılması və qiymətləndirilməsi;
Risklərin qiymətləndirilməsi medotologiyası və risklərin idarə edilməsində prosedurların tətbiqinin və effektivliyinin yoxlanılması və qiymətləndirilməsində köməklik göstərmək;
Fəaliyyətlərin səmərəliliyinin və xərclərin effektivliyinin qiymətləndirilməsin iştirak etmək və köməklik göstərmək;
Qayda və prosedurların həyata keçirilməsini, qanunvericiliyə riayət olunmasını təmin edən sistemlərin yoxlanılması və qiymətləndirilməsi;
Bankın icra orqanlarının bankdaxili qaydalara və risklərə nəzarət sistemlərinə (ölçülə bilən və ölçülə bilməyən) əməl etməsinin yoxlanılması və qiymətləndirilməsi;
Maliyyə və idarəedici məlumatların, o cümlədən xarici istifadəçilərə verilən hesabatların etibarlılığı, tamlığı, düzgünlüyü və vaxtlı-vaxtında hazırlanmasının yoxlanılması və qiymətləndirilməsində köməklik göstərmək;
Elektron informasiya sistemlərinin fasiləsizliyi və etibarlılığının yoxlanılması və qiymətləndirilməsi;
Bankda korporativ idarəetmə prosesini qiymətləndirmək və təkminləşdirilməsinə dair tövsiyələrin verilməsi;
Auditin nəticələri, verilmiş tövsiyələr və onların icra müddətlərinin müəyyən edilməsinə dair hesabatların tərtib edilməsi.
Namizədə qarşı tələblər:
Ali təhsil (mühasibat uçotu, maliyyə-kredit, audit, hüquq);
Microsoft Office proqramlarında işləmə bacarığının (xüsusilə Excel) olması;
Azərbaycan dili mükəmməl səviyyədə, Rus və İngilis dillərində yaxşı səviyyədə bacarığın olması;
Əldə olunan məlumatların qorunmasıvə saxlanılması;
Özünütənqid və müstəqilliyini qorumaq qabiliyyətinin olması;
Məsuliyyətlilik, müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığının olması;
Müşahidə edilmiş nöqsanların məsul şəxslərlə müzakirə və yekunlaşdırma bacarığının olması;
Hesabatın hazırlanması və yazılması bacarığının olması.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 23fevral 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “kiçik auditor”yazmağınız xahiş olunur. Əks təqdirdə mövzu hissəsi boş qalanmüraciətlərə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraqbildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Mənbə azerjobs.com
Yoxlamalar 2013
Vergilər Nazirliyi (kameral, operativ nəzarəti, səyyar və s.), DSMF, DƏMX, Məşğulluq və s. orqanlarının apardığı yoxlamalar barədə praktiki misal və nümünələr olan kitab dərc olunub... “Monitor Konsaltinq Servis” MMC ilin sonuna doğru oxucularını dah bir gərəkli nəşrlə sevindirməyə qərar verdi. Sərbəst Auditor, "Monitor Konsaltinq" jurnalınını eksperti Altay Cəfərov “Yoxlamalar A-dan Z-yə” kitabı Azərbaycan Respublikasında bu sahədə qələmə alınan ilk kitabdır. Yoxlamalar, istər müstəqillikdən əvvəl, istərsə də sonra müəssisə və təşkilat rəhbərlərinin və mühasiblərin az məlumatlı olduğu mövzulardan biri, bəlkə də birincisidir.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın