Vakansiya! DemirBankda işləmək imkanı

Vakansiya! DemirBankda işləmək imkanı

Ali iqtisadi təhsil mütləqdir.

Vəzifə: Nəzarət şöbəsinin müdiri
İşəgötürən: Demir Bank 

İşin təsviri:

• Əməliyyatlar üzərində nəzarət mexanizmlərinin yaradılması;
• Biznes proseslərinin yaradılması və optimallaşdırılması;
• Gündəlik balansa edilən dəyişiklərə nəzarət edilməsi;
• Müştəri hesablarında düzəlişlərin edilməsinə nəzarət edilməsi;
• Kredit üzrə faiz dərəcələrinə gündəlik nəzarət edilməsi;
• Ehtiyatların yaradılmasına və qaytarılmasına nəzarət edilməsi;
• Kredit xətləri ilə bağlı bütün əməliyyatlara nəzarət edilməsi;
• Ümidsiz kreditlər ilə bağlı müxabirləşmələrə nəzarət edilməsi;
• Daxili prosedur və qaydaların yaradılması və onların biznes proseslər ilə uyğunluğuna nəzarət edilməsi;
• Filial nəzarətçiləri iə birgə iş, onların təlimləndirilməsi və dəstəklənməsi.


Namizədə qarşı tələblər:

• Təhsil: Ali – iqtisadi, mühasibatlıq;
• Maliyyə sektorunda beynəlxalq sertifikatlara sahib olmaq;
• Sözü gedən sahədə ən azı 5 illik iş təcrübəsinə sahib olmaq;
• Azərbaycan, Rus və İngilis dilləridə əla səviyyədə yazı və ünsiyyət bacarığına sahib olmaq;
• Kompüter  biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook)  Səviyyə: Əla;
• Audit səriştəsinin olması;
• Kommersiya və biznes yönümlü düşüncə tərzinə sahib olmaq;
• Yüksək səviyyədə riyazi bacarıqlara sahib olmaq;
• Yüksək səviyyədə idarəetmə bacarığına sahib olmaq;
• Sürətli lakin səmərəli qərar vermə qabiliyyətinə sahib olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 fevral 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Nəzarət şöbəsinin müdiri) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Mənbə jobsearch.az

YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015

“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb  “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib.  Sadalananlarla yanaşı,  Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə  1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.

Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz  proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.

Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.

0 Komment

    Şərh yazın

    Xəbərlər