
Vakansiya! Satış mütəxəssisi işləmək imkanı
Minimum təhsil dərəcəsi ( iqtisadi və maliyyə ixtisaslarına üstünlük verilir) olmalıdır.
Vəzifə: Satış mütəxəssisi
İşəgötürən: Caspian Global Marketing
Komandamızın üzvü olmaq üçün:
• İngilis və Azərbaycan dilində CV göndərməlisiniz;
• İlkin müsahibə üçün dəvət olunacaqsınız
• Bakı ofisində 2 həftəlik pulsuz təlim kursuna dəvət olunacaqsınız
• Bu kurs Sizə Qlobal maliyyə bazarları haqqında ilkin biliklər verəcək
• Expert satıcı işi bütün imtahanları uğurla keçən namizədlərə təklif olunacaq
Namizədə olan əsas tələblər:
• Minimum təhsil dərəcəsi ( iqtisadi və maliyyə ixtisaslarına üstünlük verilir)
• Yaxşı ünsiyyət və müzakirə bacarıqları
• Şirkətin məqsədlərinə sədaqət və fədakarlıqla xidmət etmək
• Daim öyrənmək və təkmilləşmək həvəsi
Dil bilikləri:
Azərbaycan dilinin daşıyıcısı olmaq
İngilis və Rus dillərində səlis danışma bacarığı
Bizim işçi bizdən nə gözləyə bilər?
• İşçinin Mərkəzi Avropa qərargahımızda yerləşdirilməsi
• Şirkətimizin böyük ailəsində rəqabətli ış şəraiti
• Yaxşı iş şəraiti
• Xoş ofis mühitində , gənc və dinamik komanda ilə iş
• Beynəlxalq aləmdə uğurla fəaliyyət göstərən grupumuzun üzvi bir hissəsi olmaq
Caspian Global Marketing şirkətinə qoşulun – İşinizdən məmnun qalacaqsınız!
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Satış mütəxəssisi) qeyd etməklə göndərmələri xahiş olunur.
Website: www.caspianglobalmarketing.com
Mənbə jobsearch.az
YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015
“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib. Sadalananlarla yanaşı, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə 1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.
Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.
Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.
0 Komment
Şərh yazın