
Vakansiya! Rabitabank-dan iş elanı
Ali təhsil mütləqdir.
İşəgötürən Rabitabank
Vəzifə: Kart məhsullarının və xidmətlərinin inkişafı şöbəsinin müdiri
Vəzifəyə olan tələblər:
Ali təhsil
Adiyyatı iş üzrə 2-5 il iş təcrübəsi
Dil bilikləri (Azərbaycan,Rus və İngilis dilləri)
Komandada işləmək bacarığı;
Müştəri yönümlülük;
Ünsiyyət bacarıqları, təşəbbüskarlıq;
Yeniliklərə və dəyişiklikliyə açıq olmaq;
Analitik düşünmə bacarıqı ;
Marketing bacarıqlar.
Əsas vəzifələr:
Kart məhsullarının və xidmətlərinin yaradılması, modifikasiyası, satışı üzrə planların hazırlanmasını və istehsalını tənzimləmək;
Kart biznesinin innovativ məhsul və texnologiyalarını təqdim və tətbiq etmək;
Fərqli müştəri seqmentləri üçün nəzərdə tutulan kart biznesinə yönəlmiş kompleks məhsulları hazırlamaq və təqdim etmək;
Kart məhsullarının dəyərini artıraraq xərcləri optimallaşdırmaq. Risklər nəzərə alınaraq, əməliyyatlar həcmini artırmaq və davamlı gəliri təmin etmək;
Kart biznesi üzrə gəlir maddələrinin cari büdcə üzrə yerinə yetirilməsini təmin etmək;
Kart məhsulları və nəğdsiz hesablaşmalar üzrə daxili və xarici bazarı daimi təhlil etmək, Biznes planlarını və təqdimatlarını hazırlamaq;
Kart biznesinə aid layihələr üzrə təhlil, sorğu və test işləri aparmaq, texniki tapşırıqlar hazırlamaq və biznes proseslərinin avtomatlaşdırılması üçün layihələri işləyib həyata keçirmək;
Kart məhsullarının satışı çərçivəsində yeni partnyorları axtarmaq və əməkdaşlığı qurmaq, yeni satış kanallarını müəyyən etmək, komissiya gəlirləri kanallarının genişləndirmək və kartların fərdi satış şərtlərini hazırlamaq;
Kart məhsulları və xidmətləri və onların satışı və təqdim edilmə texnologiyaları üzrə bank daxili seminar və treninqlər keçirmək;
Bank kartlarına aid marketinq, endirim və bonus proqlamlarının və bütün növ yenilik və dəyişikliklərin kart sahiblərinə çatdırılması üzrə işlər aparmaq;
Satış şəbəkəsi üçün, kart və kart məhsulları üzrə reklam və təlim materiallarını hazırlamaq.
Maraqlanan şəxslərdən, CV-lərini mövzu yerində vakansiyanın adını qeyd etməklə [email protected] -mail ünvanına göndərmələri və ya Rabitabankın saytında CV formasını dolduraraq müraciət etmələri xahiş olunur.
Mənbə azerjobs.com
YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015
“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib. Sadalananlarla yanaşı, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə 1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.
Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.
Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.
0 Komment
Şərh yazın