
Vakansiya! DemirBankda işləmək imkanı
Orta təhsilli (ali təhsilin olması üstünlükdür) olmalıdır.
Vəzifə Operativ Yığım şöbəsinə mütəxəssis
İşəgötürən DemirBank
DəmirBank ASC Problemli Kreditlərlə İş Departamentində Operativ Yığım şöbəsinə mütəxəssis vəzifəsinə işəqəbul elan edir. (3 vakant yer)
İşin təsviri:
Bankın rəhbərliyinin tapşırığına əsasən Bankın mənafeyini dövlət orqanlarında və idarələrində qorumaq;
Kreditlərin qaytarılması sahəsində yaranan gündəlik işlərin təhlilini aparmaq;
Problemli kreditin qaytarılması yollarını öyrənmək və həyata keçirilməsi üçün fərdi plan tapşırılarını tərtib etmək;
Aşkara çıxarılan nöqsanlar barədə rəhbərliyi məlumatlandırmaq;
İcraatında olan işlər üzrə xüsusi hesabatar hazırlamaq və arxivləşdirmək;
Filial rəhbərliyi və əmakdaşları ilə saxlamaq və müvafiq sənədlərin, məlumatların təqdim edilməsinin tələb etmək;
Kreditləri qaytarmaqdan boyun qaçıran fiziki və hüquqi şəxslərin faktiki yaşayış yerlərinin, faktiki fəaliyyət yerlərinin, qeyd olunan borclulara məxsus olan əmlakların və bank hesablarının aşkar edilməsi ilə bağlı qanunvericilikdə qadağan edilməmiş bütün tədbirlərin görülməsi.
Namizədə qarşı tələblər:
Orta təhsilli olmalı (ali təhsilin olması üstünlükdür);
Azərbaycan və rus dilini yaxşı səviyyədə bilməli;
Müvafiq sahədə 1 ildən artıq iş təcrübəsi olmalı;
Stres altında işləmək bacarığı olmalı;
Analitik təhlil qabiliyyətinə malik olmalı;
Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
Əla ünsiyyət bacarığı, dinləmək, müşahidə etmək və insan psixologiyasına bələd olmaq qabiliyyətinə malik olmalı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Operativ Yığım şöbəsinə mütəxəssis) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Mənbə azerjobs.com
YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015
“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib. Sadalananlarla yanaşı, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə 1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.
Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.
Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.
0 Komment
Şərh yazın