
Vakansiya! DemirBank-dan daha bir iş elanı
Ali hüquqi təhsil mütləqdir.
Vəzifə Hüquqşunas
İşəgötürən DemirBank
İşin təsviri:
Bankın rəhbərliyinin tapşırığına əsasən Bankın mənafeyini icra orqanlarında qorumaq və müdafiə etmək;
Kredit siyasəti hazırlanarkən problemli kreditlərin yaranma ehtimallarının qarşısının alınması, borcların ləğv olunması üsul və yollarının tam əks olunması üzrə departament direktoruna təkliflər etmək;
Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasını icra orqanları tərəfindən vaxtında və qanunvericiliklə müəyyən olunmuş müddətlər ərzində tam icrasına nail olmaq və qərarların icrasına tam nəzarət etmək;
İcra məmurları ilə daim əlaqə saxlamaq, borcların qaytarılması üçün tədbirlər görmək;
Problemli kreditlər üzrə girov əmlakının satılması yolları ilə bağlı təkliflər hazırlamaq və şöbə müdirinə, departament direktoruna təqdim etmək;
Filial rəhbərləri və filialın kreditlər üzrə işləyən əməkdaşları ilə əlaqə saxlamaq, lazım gəldikdə müvafiq sənədlərin, məlumatların təqdim edilməsini tələb etmək;
Qanuni qüvvəyə minmiş məhkəmə qərarı üzrə borcluların (fiziki və hüquqi şəxslərin) faktiki yaşayış yerlərinin, faktiki fəaliyyət yerlərinin, qeyd olunan borclulara məxsus olan əmlakların, və bank hesablarının aşkar edilməsi ilə bağlı qanunvericilikdə qadağan edilməmiş bütün tədbirlərin görülməsi;
Qanunvericiliklə müəyyən olunmuşqaydada məhkəmə qərarlarının icrasını təmin etmək məqsədi ilə məhkəmələrə və icra orqanlarına ərizə ilə müraciət etmək;
Aşkara çıxarılan bütün nöqsanlar haqqında departament direktoruna məlumat vermək.
Namizədə qarşı tələblər:
Ali hüquqi təhsil;
Azərbaycan və rus dilini yaxşı səviyyədə bilməli;
Müvafiq sahədə 1,5-2 ildən artıq iş təcrübəsi olmalı;
İcra haqqında qanunu bilməli;
Stres altında işləməyi bacarmalı;
İcra məmurları ilə işləmə bacarığı olmalı;
Analitik təhlil qabiliyyətinə malik olmalı;
Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
Əla ünsiyyət bacarığı, dinləmək, müşahidə etmək və insan psixologiyasına bələd olmaq qabiliyyətinə malik olmalı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Hüquqşunas) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Mənbə azerjobs.com
YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015
“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib. Sadalananlarla yanaşı, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə 1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.
Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.
Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.
0 Komment
Şərh yazın