Vakansiya! Demir Bank-dan iş elanı

Vakansiya! Demir Bank-dan iş elanı

Mütəxəssislər üçün bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) işləyən namizədlərə üstünlük verilir.
 
Vəzifə İpoteka Kreditləri şöbəsinə mütəxəssis
İşəgötürən DəmirBank
 
DəmirBank ASC Pərakəndə Bankçılıq Departementinin İpoteka Kreditləri şöbəsinə mütəxəssis və təcrübəçi mütəxəssis vəzifəsinə işəqəbul elan edir.
 
İşin təsviri:
 
Yeni müştəriləri cəlb etmək üçün aktiv marketinq təbliğatını həyata keçirmək;
Müştəriyə bankın kredit məhsullarına dair məsləhət vermək;
Kredit ərizələrini qəbul etmək, müştərilərin təhlilini aparmaq;
Müştərilərin ödəmə qabiliyyətinin təhlil etmək;
Daxil olmuş bütün müraciətlərin qeydiyyatını aparmaq;
Kredit üzrə müvafiq sənədləşməni həyata keçirmək;
Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək;
Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq;
Bütün fəaliyyətini bankın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək.
 
Ali təhsilli olmaq (İqtisadi və riyazi təhsili olanlara üstünlük verilir);
İstehlak kreditləri sahəsində ən azı 1 il iş təcrübəsinə malik olmaq (mütəxəssis vəzifəsi üçün);
Azərbaycan dilində səlis danışıq qabiliyyətinə malik olmaq (Rus dilləri arzu olunandır);
Analitik təhlil qabiliyyətinə malik olmaq;
Satış qabiliyyətinə malik olmaq;
Yüksək ünsiyyət,komandada işləmək və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığına malik olmaq;
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq;
Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq.
Mütəxəssislər üçün bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) işləyən namizədlərə üstünlük verilir.
 
Göstərilən tələblərə cavab verən namizədlər öz müraciət formalarını [email protected] elektron ünvanına göndərə bilərlər.
 
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində ‘’İpoteka kreditləri şöbəsinə mütəxəssis və ya təcrübəçi’’ göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
 
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Mənbə azerjobs.com

Yoxlamalar 2013                                                
 Vergilər Nazirliyi (kameral, operativ nəzarəti, səyyar və s.), DSMF, DƏMX, Məşğulluq və s. orqanlarının apardığı yoxlamalar barədə praktiki misal və nümünələr olan kitab dərc olunub... “Monitor Konsaltinq Servis” MMC ilin sonuna doğru oxucularını dah bir gərəkli nəşrlə sevindirməyə qərar verdi. Sərbəst Auditor, "Monitor Konsaltinq" jurnalınını eksperti Altay Cəfərov “Yoxlamalar A-dan Z-yə” kitabı Azərbaycan Respublikasında bu sahədə qələmə alınan ilk kitabdır. Yoxlamalar, istər müstəqillikdən əvvəl, istərsə də sonra müəssisə və təşkilat rəhbərlərinin və mühasiblərin az məlumatlı olduğu mövzulardan biri, bəlkə də birincisidir.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın  istənilən ünvana çatdırılma pulsuzdur. 

0 Komment

    Şərh yazın

    Xəbərlər