Vakansiya! Mühasib işləmək imkanı

Ali iqtisadi təhsil olmalıdır.
Vəzifə Бухгалтер
İşəgötürən Brand Credit BOKT
Əsas vəzifə öhdəlikləri
Filialın müştəri əməliyyatlarının normativ sənədlərə uyğunluğuna nəzarət etmək
Məsul icraçılar üzrə dövriyyə qalıq cədvəllərinin düzgünlüyünə nəzarət etmək
Filialda açılmış hesabların normativ sənədlərə uyğunluğuna nəzarət və təsdiqinin etmək
Filialın möhür və ştamplarının işçilərə təhkim olunmasına nəzarət etmək
Filial büdcəsinin tərtib edilməsində iştirak etmək
Kredit əməliyyatlarının uçotuna nəzarət etmək
Filialda kassa əməliyyatlarına nəzarət etmək;
Bank günü ərzində sənədlərin Bank proqramında düzgün yığılmasına nəzarət, balans proqramında yığılmış əməliyyatların təsdiqlənməsini həyata keçirmək
Filalın günün sənədlərinin tikilməsinə, biznes əməkdaş qovluğunun arxivləşdirilməsi və saxlanmasını həyata keçirmək
Balansdankənar hesablara nəzarət etmək
90 gündən çox faizləri hesablanmayan statusa aid edilmiş kreditlərin faizlərinə gündəlik nəzarət (hesablanması və ödənilməsi) etmək
Balansdan silinmiş ümidsiz borclara, vergi sərəncamlarının və verilmiş kreditlərə görə götürülmüş girovların uçotuna nəzarət etmək
Müştərilərin ödəniş əməliyyatlarının ilkin sənədlərə əsasən Bank ödəniş sistemində yığımının ön ofisdə vaxtında həyata keçirilməsinə nəzarət etmək
Müştərilərə xidmətlə əlaqədar gecikmə baş verdikdə, əməliyyat sənədlərini reyestrlə müştəri xidməti işçisindən qəbul etmək, Bank ödəniş sistemində yığımını həyata keçirmək;
Namizədə tələblər
Ali iqtisadi təhsil
Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
Məntiqi düşünmək qabiliyyəti
Məsuliyyətli, dəqiq və detallara diqqət etmək qabiliyyəti
Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək
Yüksək peşəkar etika və mənəvi-əxlaqi keyfiyyətlərə malik olmalı
Komandada işləmək bacarığı
Əlaqə
Yuxarıdakı tələblərə uyğun namizədlər öz şəkilli CV-lərini
[email protected] ünvanına göndərə bilərlər
Mənbə azerjobs.com
YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015
“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib. Sadalananlarla yanaşı, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə 1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.
Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.
Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.
0 Komment
Şərh yazın