Vakansiya! Paşa sığortadan iş elanı

Vakansiya! Paşa sığortadan iş elanı

İqtisadiyyat, maliyyə istiqamətləri üzrə ali təhsil (xarici təhsili olanlara üstünlük verilir) olmalıdır.
 
Vəzifə: Risklərin idarəedilməsi departamentinə Mütəxəssis
İşəgötürən: Pasha Insurance
Əsas öhdəliklər:
 
1. Risk ölçülərinin monitorinqinə nəzarət
2. Şirkətin insident kataloqunu müntəzəm yeniləmək və rəhbərliyə bu barədə periodik hesabatlar hazırlamaq
3. Mətbuatın dövrü monitorinqini həyata keçirmək
4. Şirkətdə həssaslıq testinin keçirilməsi
5. Yeni risklərin aşkarlanması və uçotu
6. Tədbirlər planının hazırlanması və monitorinqi
7. Risklərlə bağlı periodik hesabatların hazırlanması
8. Şirkətin bütün səviyyələrində risk anlayışını bərqərar etmək və möhkəmləndirmək
 
Tələb olunan göstəricilər və bacarıqlar:
 
1. İqtisadiyyat, maliyyə istiqamətləri üzrə ali təhsil (xarici təhsili olanlara üstünlük verilir)
2. Risk, maliyyə, audit, iqtisadi təhlil üzrə 1 il iş təcrübəsi 
3. MS office proqramları üzrə qabaqcıl istifadə biliyi; 
4. Yaxşı səviyyədə azərbaycan, ingilis və rus dilləri biliyi; 
5. Risklərin, investisiyanın, proseslərin, layihələrin və ya vaxtın idarəolunması sertifikatı olan (və yaxud təhsil alan) namizədlərə üstünlük verilir
6. Təqdimetmə bacarığı, analitik və məntiqi düşünmə tərzi, komandada işləmək və idarəetmək, təşkilatı bacarıqlar və layihələri idarəetmə qabiliyyəti
 
Son müraciət tarixi: 02 mart 2015-ci il
 
Xahiş edirik vəzifəni “subject” sətirində qeyd edin və CV-nizi [email protected] elektron ünvanına göndərin.
Mənbə jobsearch.az

YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015

“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb  “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib.  Sadalananlarla yanaşı,  Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə  1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.

Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz  proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.

Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.

0 Komment

    Şərh yazın

    Xəbərlər