Vakansiya! İnsan Resursları üzrə menecer işləmək imkanı

Vakansiya! İnsan Resursları üzrə menecer işləmək imkanı

Nahar şirkət tərəfindən verilir.
 
Vəzifə: Insan Resursları üzrə menecer ( HR)
Şirkət: Santral Elektrik LTD 
 
İş barədə məlumat:
 
İşə qəbul prosesinin həyata keçirilməsi
Şöbələrin idarəedilməsi prosesinin həyata keçirilməsi
İşçilərin əmək fəaliyyətinin qiymətləndirilməsinin təşkili və tətbiqinə nəzarət
İşçilərin şəxsi fayllarının yaradılması və idarə olunması, iş vaxtının uçotuna nəzarət, işə qəbul və isdən azad edilmə ilə əlaqədar sənədləşmələrin təşkili
İnsan resursları üzrə siyasət və qaydalara əməl olunmasına nəzarət etmək
Digər şirkətdaxili qaydalarla əməkdasların təlimatlandırılmasını təşkil etmək, onların düzgün mənimsənilməsinə əmin olmaq ücün vaxtaşırı testlər kecirmək
Treninq ehtiyaclarının öyrənilməsi və inkisaf planlarının hazırlanması
Karyera yüksəlişi var.
İş qrafiki: I-V günlər
İş saatları: 09.00-18.00
VI gün:   09.00 -16.00
Namizədə tələblər:
 
Ali təhsil
Rus və ingilis dili biliyi
3-5 il iş təcrübəsi
Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək.
1C proqramını bilməsi üstünlükdür.
İşgüzar danışıqlar aparma qabiliyyəti
Kommunikativ bacarığı, məsuliyyətlilik
Ofis texnikası və komputer texnologiyalarından inamla işləmə qabiliyyəti
Nahar şirkət tərəfindən verilir.
Əmək haqqı yüksəkdir və kandidatın bilik ,bacarığına uyğun dəyişir.
 
Sizi öz kollektivimizdə görməyə şad olarıq!
Maraqlananlar cv-lərini  [email protected]  ünvanına göndərə bilərlər.
Əlaqə nömrəsi: (012) 514-40-50 (dax.130)
Mənbə azerjobs.com

YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015

“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb  “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib.  Sadalananlarla yanaşı,  Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə  1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.

Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz  proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.

Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər