Vakansiya! Vijn Fond AzərKreditdən yeni iş elanı

Sürücülük vəsiqəsinin olması mütləqdir.
İşəgötürən “Vijn Fond AzərKredit” MMC
Vəzifə Əməyin mühafizəsi üzrə mühəndis
İş yeri AzərKredit təşkilatının Baş Ofisində olacaq.
Əsas vəzifə və öhdəlikləri:
• Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə siyasət və prosedurların hazırlanması və tədbiq edilməsi;
• AzərKreditin bütün filiallarda əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə nəzarət;
• Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təlim planının hazırlanması və təlimlərin həyata keçirilməsi;
• Mövcud qanunvericiliyə müvafiq olaraq əməyin mühafizəsi, əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə tədbirlər planının işlənib hazırlanması və həyata keçirilməsini təmin etmək;
• Əməyin mühafizəsi üzrə qanunvericilik aktlarına əməl olunmasına, dövlət orqanlarının qətnamə və qərarlarının, əməyin mühafizəsi və təhlükəsizlik texnikası norma və qaydalarının yerinə yetirilməsinə daim nəzarət etmək;
• İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılmasını “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” qaydalarına müvafiq şəkildə təşkil etmək;
• Əmək mühafizəsi və təhlükəsizlik texnikası üzrə sənədlərin olmasını və onların düzgün aparılmasını nəzarətdə saxlamaq;
• Şirkətin fəlsəfə və məqsədlərini başa düşmək və dəstəkləmək;
• Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin AzərKreditin qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
• Bütün fəaliyyətini AzərKreditin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək.
Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:
• Ali təhsil;
• Əməyin mühafizəsi sahəsində ən azı 2 illik iş təcrübəsi;
• Azərbaycan və İngilis dillərində yazılı və şifahi olaraq sərbəst ünsiyyət bacarığı;
• Kompüterdə (Outlook, MS Word) sərbəst işləmək bacarığı;
• Bilməlidir:
o əmək qanunvericiliyini,
o istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydalarını;
o ekoloji qanunvericiliyi;
• Tələb olunduqda iş saatları üçün çevik olmaq, lazım gəldikdə iş vaxtının 50 %-ə qədərini səfər etmək bacarığı;
• Sürücülük vəsiqəsi və sürücülük təcrübəsi;
• Eyni anda bir neçə iş görmək və təzyiq altında işləmək bacarığı;
• Xoş görünüş və ünsiyyət qurma, komandada işləmə bacarığı;
• Təşkilatın missiyasına sadiqlik.
Maraqlı namizədlərdən xahiş olunur ki, AzərKredit-in iş üçün anket formasını dolduraraq 28 fevral 2015-ci il tarixinədək e-mail (
[email protected]) və ya faks vasitəsilə ((+994 12) 597 30 39) təqdim etsinlər.
E-məktubunuzun mövzu hissəsində ‘HSE’ göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya təşkilatımızın baş ofisindən və filiallardan əldə edə bilərsiniz.
Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Mənbə jobsearch.az
YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015
“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib. Sadalananlarla yanaşı, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə 1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.
Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.
Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.
0 Komment
Şərh yazın