Vakansiya! Hüquqşunas işləmək imkanı

Vakansiya! Hüquqşunas işləmək imkanı

22-40 yaşlı kişi namizədlər müraciət edə bilərlər.
 
Vəzifə Юрист
İşəgötürən Azersun Holdinq
 
Contact Email: [email protected] 
 
 
Azersun Holdingə daxil olan Azərbaycan Sənaye Sığorta Şirkəti, “Hüquqşünas” vakansiyası üzrə işçi qəbulunu elan edir. İş haqqında məlumat və namizədlərdən tələb olunan şərtlər aşağıda qeyd edilmişdir:
 
Namizədə aid tələblər:
 
22-40 yaş arasında kişi;
Ali Hüquq təhsili
Olmalı;                                                                    
 
Bank vəya Sığorta şirkətində Hüquqşünas kimi minimum 1 il iş təcrübəsi olmalı;                                                                                          
Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, Rus və İngilis dilini bilənlərə üstünlük veriləcəkdir;   
Ünsiyyətcil olmalı və qrup şəklində işləmək qabiliyyəti, təhlil və hesabat vermə bacarığı, fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq bacarığı olmalıdır.
İş haqqında məlumat:
 
Azersun Holdingə daxil olan Azərbaycan Sənaye Sığorta Şirkətində, “Hüquqşünas” vakansiyası mövcuddur.
Sığorta əməliyyatının həyata keçirilməsi istiqamətində səlahiyyətli dövlət orqanları ilə qarşılıqlı əlaqələri təşkil etmək;
Sığorta işinin yoxlanılması və rəsmiləşdirilməsi zamanı qanunvericiliyə riayət olunmasını tabeçiliyindəki şəxslərdən tələb etmək və qanunsuz qərarları ləğv edərək qanuna müvafiq tədbirlər görmək.                                                                                                          
Məhkəmələrin və digər dövlət orqanlarının şirkətin mənafeyinə zidd olan qərarlarından şikayətlərinverilməsi;
Şirkətin iştirak etdiyi beynəlxalq arbitraj proseslərin sənədlərinin hazırlanması, bu sahədə müvafiq təşkilatlarla əlaqələrin yaradılması və lazımi işlərin görülməsi;                                        
Şirkətin fəaliyyətini tənzimləyən bütün növ qərarlara, əmr və sərəncamlara, şirkətdaxili əsasnamə, qayda və təlimatlara hüquqi rəyin verilməsi;                                                                          
Mahiyyətindən asılı olmayaraq, şirkətin tərəfdaşları ilə bağlanılan bütün növ əqdlərə hüquqi rəyin verilməsi.
İş yeri Azərbaycan Sənaye Sığorta şirkətinin baş ofisindədir. (Demirchi Tower)
Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini 14.02.2015 tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər. Mövzu hissəsində vəzifənin adı “Hüquqşünas_AzSS” qeyd olunmalıdır.
Mənbə azerjobs.com

YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015

“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb  “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib.  Sadalananlarla yanaşı,  Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə  1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.

Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz  proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.

Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər