Vakansiya! Xəzinədar işləmək istəyənlər üçün

Vakansiya! Xəzinədar işləmək istəyənlər üçün

Demir Bank-da karyera qurmaq imkanı
 
Vəzifə: Xəzinədar (Bakı filialı)
İşəgötürən : Demir Bank
 
İşin təsviri:
 
 Bank iş gününün əvvəlində filial müdiri və mühasib ilə birgə kassanı mühafizəçidən təhvil alaraq açılması, nəğd pul vəsaitlərini və digər qiymətlilərin mövcudluğunu sayaraq yoxlanılması;
 İnkassatorların gətirdikləri pulları və  qiymətlilərin qəbul edilməsi;
 Bank günü ərzində kassaya daxil olan nağd pulları elan blankı ilə  qəbul edilməsi;  
 Pulların həqiqiliyinin, dövriyyəyə yararlığının yoxlanılması;
 Dövriyyəyə yararlı pullar nominallar üzrə qablaşdırılması;  
 Dövriyyəyə yararsız pulların ayrıca qablaşdırılması;
 Saxta pullar aşkarlandıqda, aktlaşdırılması;
 Məxaric sənədlərindəki bankın məsul şəxslərinin imzalarının həqiqiliyini imza nümunələri albomu ilə tutuşduraraq yoxlanılması; 
 Müştərilərin şəxsiyyətini təsdiq edən sənədlə eyniləşdirilməsi;   
 Müştərinin şəxsiyyətini təsdiq edən sənədlə məxaric sənədində olan imzasını eyniləşdirilməsi;
 Bankın təyin etdiyi məzənnə əsasında müştərilərlərin valyuta-mübadilə əməliyyatlarının aparılması;
 Gün ərzində aparılan əməliyytalar üzrə mədaxil və məxaric sənədlərinə əsasən kassa qalığının çıxarılması;
 Kassa kitablarında yazılışlar aparılması; 
 Günün kassa mədaxil və məxaric şənədlərini mühasibə təqdim edilməsi;                                    
 Əmanətlərlə bağlı uçotun aparılması.
 
Namizədə qarşı tələblər:
 
 Ali iqtisadi və ya riyazi təhsil;
 Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dilini bilənlərə üstünlük verilir;
 Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
 Yüksək səviyyədə kompüter bilikləri (Ofis proqramları);
 Tələb olunduğu təqdirdə regional filiallara ezam olunma imkanı (uzun müddət ola bilər);
 Stress altında işləmə qabiliyyəti;
 Bankın etik məcəlləsinin tələblərinə cavab verən şəxsi keyfiyyətlər;
 Yüksək peşəkar etika və mənəvi-əxlaqi keyfiyyətlərə malik olmalı.
 
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 24 fevral 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
 
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Xəzinədar) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
 
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Mənbə jobsearch.az

 

YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015

“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb  “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib.  Sadalananlarla yanaşı,  Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə  1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.

Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz  proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.

Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər