Vakansiya! Rabitabank-da karyera qurmaq imkanı

Office proqramlarını bilməlidir.
Vəzifə: Kredit meneceri/Biznes ( Bakı/ Şimal və ya Cənub regionları)
Şirkət: Rabitabank
Əsas vəzifələr :
Filialın kredit portfelinin keyfiyyətinin təhlili.
Filialın maliyyə analizinin aparılması.
Kredit mütəxəssislərinin tərəfindən aparılan biznes təhlillərinin yoxlanılması.
Kredit portfelinin idarə olunması və nəzarət.
Yeni kredit mütəxəssislərinə kredit işinin nəzəri və praktiki biliklərinin aşılanması.
Müştərilərin ödəniş qabiliyyətinin təhlili.
Borc ödənişlərinin vaxtında icrasına nəzarət .
Kredit mütəxəssisləri tərəfindən monitorinqlərin vaxtında və düzgün aparılması işinin təşkili və nəzarət.
Problemli kreditlərlə işin təşkili və koordinasiyası.
Filialın xidmət göstərdiyi ərazilərdə maliyyə bazarının araşdırılması və müştərilərin cəlb olunması, onlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün təkliflərin verilməsi.
Əsas tələblər:
İqtisadiyyat, riyaziyyat və ya idarəetmə sahəsi üzrə ali ixtisas təhsili;
Maliyyə-kredit sahəsində an azı 2 (iki) il iş təcrübəsi;
İdarəetmə təcrübəsi;
Hüquq və idarəetmə məsələlərinə, maliyyə xidmətlərinə dair məlumatlı olmaq;
Filialın yerləşdiyi ərazidə kiçik və orta biznesin konyukturası ilə yaxından tanış olmaq;
İqtisadi və biznes təhlilləri aparmaq, riskləri qabaqcadan görmək, onları idarə etməyi bacarmaq;
Azərbaycan dilini sərbəst ünsiyyət qurma bacarığı.(Rus dili bilikləri arzuolunandır)
Ünsiyyət qurma, liderlik, inandırma bacarıqları
Kredit portfelinin idarə edilməsinə dair hesabatların tərtib edilməsi, və təhlil nəticələrinı uyğun operativ və düzgün qərar vermə bacarığı;
Microsoft Office proqramlarında işləmə bacarığı
İş şərtləri :
İş təcrübəsinə uyğun yüksək əmək haqqı
Fərdi və cəmi kredit portfelinə görə bonus sistemi
Təlim və inkişaf imkanları
Müraciət üçün, mövzu yerində vakansiyanın adını mütləq qeyd etməklə, CV-lərinizi
[email protected] e-mail ünvanına göndərməniz və ya http://www.rabitabank.com/ saytında elektron CV formasını doldurmanız xahiş olunur.
Mənbə azerjobs.com
YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015
“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib. Sadalananlarla yanaşı, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə 1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.
Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.
Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.
0 Komment
Şərh yazın