Vakansiya! Kadrlar üzrə mütəxəssis işləmək imkanı

Nahar şirkət tərəfindən verilir.
İşəgötürən Santral Elektrik
Vəzifə: Kadrlar üzrə mütəxəssis
İş barədə məlumat:
AR-nın Əmək Qanunvericiliyinə, Baş Direktorunun əmrlərinə uyğun işçilərin qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi;
İşçilərin şəxsi işlərinin hazırlanması və lazımi sənədlərin toplanması;
Əmək kitabçalarının əmrlər əsasında doldurulması və qeydiyyatı;
Işçilərə cari əmək fəaliyyətləri haqqında arayışların verilməsi;
Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
Xəstəlik vərəqələrinin doldurulması və qeydiyyatı;
Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi;
Həftəlik və aylıq hesabatların hazırlanması;
Elektron və yazılı Əmək müqavilələrinin tərtib olunması və qeydiyyatı ;
Əmrlərin yazılması (məzuniyyət, ezamiyyət, əvəzçilik, işə qəbul, işdən çıxma, intizam məsuliyyətinə cəlbetmə haqqında və s.).
İşçi heyətinin müqavilələrinin, əlavə razılaşmalarının, əmrlərinin, bildiriş məktublarının, intizam məsuliyyətinə cəlbetmə haqqında əmrlərin hazırlanması (xəbərdarlıq, töhmət) və s.;
Yeni əmək kitabçalarının verilməsi , doldurulması və qeydiyyatı ;
İşçi heyətinin tələb olunan hallarda düzgün əvəz edilməsinə nəzarət edilməsi (şirkəti tərk etdikdə, məzuniyyətə çıxdıqda, müvəqqəti əvəz olunduqda);
İşçi heyəti üçün iş davamiyyəti cədvəllərinin hazırlanması və işçilərin əmək haqqılarının vaxtında və dəqiqliyi ilə ödənilməsini təmin etmək üçün mühasibat şöbəsi ilə birgə işin təşkil olunması;
İşçilərin davamiyyətini müəssisədə quraşdırımış turniketlə işləmək;
İşdən çıxan işçilərin şəxsi işlərinin Azərbaycan Qanunvericilinə uyğun olaraq arxivləşdirmək;
İşçilərə sosial sığorta şəhadətnamələrin alınması üçün DSMF-na elektron formada müraciət etmək;
Hər dövr üçün (rüb, illik) hesabatlar hazırlayıb Məşqulluq İdarəsinə təqdim etmək
İş qrafiki: I-V günlər
İş saatları: 09.00-18.00
VI gün: 09.00 -16.00
Namizədə tələblər:
Ali təhsil
Rus və ingilis dili biliyi
3-5 il iş təcrübəsi
Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək.
Kommunikativ bacarığı, məsuliyyətlilik
Ofis texnikası və komputer texnologiyalarından inamla işləmə qabiliyyəti
Nahar şirkət tərəfindən verilir.
Əmək haqqı yüksəkdir və kandidatın bilik ,bacarığına uyğun dəyişir.
Sizi öz kollektivimizdə görməyə şad olarıq!
Maraqlananlar (başlıqda kadrlar üzrə mütəxəssis qeyd etməklə) cv-lərini
[email protected] ünvanına göndərə bilərlər.
Mənbə azerjobs.com
YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015
“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib. Sadalananlarla yanaşı, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə 1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.
Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.
Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.
0 Komment
Şərh yazın