Vakansiya! Hüquqşunas işləmək imkanı

Vakansiya! Hüquqşunas işləmək imkanı

Əmək haqqı 600 - 700 AZN
 
İşəgötürən HÜQUQŞÜNAS
Vəzifə "Təmiz Şəhər" ASC
Yaş
22 - 35 
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
Fevral 06, 2015
Bitmə tarixi
Mart 08, 2015
Telefon
(012) 464-41-11
E-mail
 
İş barədə məlumat
- Cəmiyyətin hüquqi əhəmiyyətli sənədlərini işləyib hazırlayır və ya hazırlanmasında iştirak edir, işlənmiş sənədlərə hüquqi rəy verir 
- Cəmiyyətin balansına verilən əsas vəsaitlərin (bina və obyektlər, bütün növdən olan texnikalar, əmlak, torpaq, lisenziyalar, qiymətli kağızlar və s.) lazımi sənədləşməsini təmin edir 
- Cəmiyyəti məhkəmə və istintaq məsələlərində etibarnamə ilə təmsil edir 
- Təsərrüfat, maliyyə və əmək intizamının möhkəmləndirilməsi, mülkiyyətin mühafizəsinin təmin edilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında və yerinə yetirilməsində iştirak edir 
- Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin yaxşılaşması, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması haqqında müvafiq təkliflərin işlənib hazırlanmasında iştirak edir 
- Müxtəlif müqavilələrin hazırlanmasını və onlara hüquqi rəy verilməsini təmin edir 
- Müəyyən edilmiş qaydaya uyğun olaraq işçilərin inzibati və maddi məsuliyyətə cəlb edilməsi haqqında sənədlərə dair yekun hüquqi rəy verir 
- Başqa vahidlərlə birlikdə Cəmiyyətdə verilmiş əmr və digər normativ aktların hüquqi ekspertizasını aparır və ehtiyac yarandıqda sənədlərə müvafiq dəyişikliklər edir. 
- Sorğu əsasında Cəmiyyətin fəaliyyətinə aid olan normativ aktlar, qüvvədə olan qanunvericiliyə edilən dəyişikliklər barədə rəhbərliyə məlumat verir 
- Cəmiyyətin işçilərinin iş prosesi ilə əlaqədar irəli sürülmüş sorğularına cari qanunvericiliyə istinadla məsləhətlər verir 
- Cəmiyyətin fəaliyyətinə aid olan metodiki, normativ və başqa rəhbər materialların hazırlanmasını təmin edir 
- Azərbaycan Respublikasının qanunvericiliyinə və Cəmiyyətin nizamnaməsinə əsaslanaraq Cəmiyyətin və onun işçilərinin hüquqlarını müdafiə edir 
- Hüquq şöbəsinin müdiri tərəfindən ona verilən digər tapşırıqları icra edir
Namizədə tələblər
- Ali hüquqi təhsil 
- 3 il iş təcrübəsi 
- Dil bilikləri zəruridir (ingilis və rus dilləri) 
- Məhkəmə və icra işləri üzrə təcrübəsi olmalı 
- Müqavilələr Hüququ üzrə biliyə və təcrübəyə malik olmalı 
- Əmək qanunvericiliyini bilməli 
- Beynəlxalq ticarət müqavilələrini şərtlərə uyğun hazırlamalı 
- Kompüterdə işləmə bacarığı 
- İnkişafa meyilli və kollektivdə işləyə bilmək 
- Məsuliyyətli ve nizam-intizam qaydalarına riayət etmək
Mənbə boss.az

YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015

“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb  “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib.  Sadalananlarla yanaşı,  Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə  1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.

Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz  proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.

Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər