Vakansiya! Kadrlar üzrə mütəxəssis işləmək imkanı

Əmək haqqı namizədin iş biliklərindən asılı olacaq.
Vəzifə: Kadrlar üzrə mütəxəssis
İşəgötürən: GALS Cleaning and Supply Services
Tələblər:
- Ali təhsilli;
- Kadrlar sahəsində ən azı 3 il təcrübəsi olan;
- Azərbaycan, İnglis və Rus dillərini yüksək səviyyədə bilmək;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək;
- 25 – 35 yaş arası olan;
- Kişi/Qadın
- Kompüter proqramlarında sərbəst işləmək və ofis avadanlığı ilə işləmək bacarığı;
- Məsuliyyətli və diqqətli;
- Ünsiyyət qurma və yüksək təqdimat bacarığı;
- Komanda ilə işləmək bacarığı;
Vəzifə öhdəlikləri:
• Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulunu, vəzifə keçirmələrini, işdən azad edilmələrini, bütün növ məzuniyyətlərin, intizam tənbehinin verilməsini və mükafatlandırılmasını rəsmiləşdirmək;
• İşçilərin şəxsi işlərinin hazırlanması və lazımi sənədlərin toplanması;
• Əmək kitabçalarının əmrlər əsasında doldurulması və qeydiyyatı; Yeni əmək kitabçalarının verilməsi , doldurulması və qeydiyyatı
• Işçilərə cari əmək fəaliyyətləri haqqında arayışların verilməsi;
• Xəstəlik vərəqələrinin doldurulması və qeydiyyatı;
• Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi;
• Elektron və yazılı Əmək müqavilələrinin tərtibolunması və qeydiyyatı;
• Əmrlərin yazılması (məzuniyyət, ezamiyyət, əvəzçilik, işəqəbul, işdən çıxmavə s.) ;
• İşçi heyətinin müqavilələrinin, əlavə razılaşmalarının, əmrlərinin, bildiriş məktublarının hazırlanması;
• İşçilər üçün daxili qrafikləri qurmaq;
• İşdən çıxan işçilərin şəxsi işlərinin Azərbaycan Respublikasının Qanunvericiyinə uyğun olaraq arxivləşdirmək;
• İşcilər ücün ixtisas artiran kursların təşkilolunması;
• Kadrlara aid olannormativ, metodik və digər rəhbər materialları bilməli;
• Kadrişinin təşkilini və hesabatlarının tərtib edilməsini;
• Cəmiyyətin kadrlara olan tələbatını təmin etmək, kadrlarla bağlı məşğulluq və digər orqanlarına müvafiq hesabatları təqdim etmək;
Maaş namizədin iş biliklərindən aslı olacaq.
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi (anketlərinizi) qeyd olunmuş mail ünvanına göndərin.
Contact number: (+99450 760 33 96)
Mənbə jobsearch.az
YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015
“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib. Sadalananlarla yanaşı, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə 1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.
Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.
Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.
0 Komment
Şərh yazın