Vakansiya! Baş mühasib vəzifəsində çalışmaq istəyənlər üçün

Vakansiya! Baş mühasib vəzifəsində çalışmaq istəyənlər üçün

Əmək haqqı 600 - 800 AZN
 
Vəzifə BAŞ MÜHASİB
İşəgötürən PAY Group
Yaş
25 - 40 
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Telefon
(012) 441-44-19
E-mail
İş barədə məlumat
- Şirkət fəaliyyətinin mühasibat uçotunun aparılması (əsas vəsaitlər, maddi qiymətlilər, istehsal üzrə məsrəflər, məhsulların realizasiyası təsərrüfat-maliyyə fəaliyyətinin nəticələri, mal göndərən və istehlakçı ilə hesablaşmalar, həmçinin göstərilən xidmətlərin uçotu kassa, bank, əmək haqqı, xərclər, xidmətlərin uçotu və s.) 
- Mühasibat uçotu sənədləşmələrin düzgünlüyünə nəzarət etməli 
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etməli 
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etməlidir 
- Günlük anbara mədaxil və vəxaricə nəzarət 
- Sifarişlərin qəbulu 
- Vergi, DSMF hesabatlarının aylıq, rüblük, illik hazırlanması
Namizədə tələblər
- Ali təhsilli 
- Kompyuter bilikləri: Word, Excel professional, PowerPoint, Outlook, 1 C 
- 3-5 il iş təcrübəsi 
- Maliyyə/mühasibatlıq üzrə ali təhsil 
- Komandada və sərbəst işləyə bilmə qabiliyyəti 
- Ünsiyyət qura bilmə və danışıqlar apara bilmə bacarığı 
- Analitik düşüncə tərzi, sərbəst problem həll edə bilmə qabiliyyəti 
- Azərbaycan, rus və ingilis (ən az upper-intermediate səviyyəsində) dillərini bilməli
Zəhmət olmasa son 3 ayda çəkilmiş 3X4 ölçülü şəkliniz də daxil olmaqla CV-lərinizi [email protected] email ünvanına göndərin. Məktubunuzun başlıq hissəsində müraciət etdiyiniz vəzifənin adını (Baş mühasib) qeyd edin. 
Məktubun başlığında vəzifə qeyd edilməyən və eyni zamanda şəkil daxil edilməyən CV-lərə baxılmayacaqdır.
Mənbə boss.az

Yoxlamalar 2013                                                
 Vergilər Nazirliyi (kameral, operativ nəzarəti, səyyar və s.), DSMF, DƏMX, Məşğulluq və s. orqanlarının apardığı yoxlamalar barədə praktiki misal və nümünələr olan kitab dərc olunub... “Monitor Konsaltinq Servis” MMC ilin sonuna doğru oxucularını dah bir gərəkli nəşrlə sevindirməyə qərar verdi. Sərbəst Auditor, "Monitor Konsaltinq" jurnalınını eksperti Altay Cəfərov “Yoxlamalar A-dan Z-yə” kitabı Azərbaycan Respublikasında bu sahədə qələmə alınan ilk kitabdır. Yoxlamalar, istər müstəqillikdən əvvəl, istərsə də sonra müəssisə və təşkilat rəhbərlərinin və mühasiblərin az məlumatlı olduğu mövzulardan biri, bəlkə də birincisidir.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın  istənilən ünvana çatdırılma pulsuzdur. 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər