Vakansiya! Hüquqşünas işləmək imkanı

Vakansiya! Hüquqşünas işləmək imkanı

Əmək haqqı 800 - 1200 AZN
 
Vəzifə: Hüquqşünas
Şirkət: HGN Counselor Ltd.
Şəhər: Bakı
Yaş: 20 - 40 
Təhsil: Ali
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs: Anar Qurbanov
Telefon: (012) 538 68 20; (050) 610 03 00
 
İş barədə məlumat:
 
Təsərrüfat hüququ sahəsində peşəkar hüquq xidmətlərin göstərilməsi ilə məşğul olan hüquq şirkəti. Şirkətimiz xarici və yerli hüquqi şəxslərin fəaliyyətinə aid olan bütün növ hüquq xidmətlərin göstərilməsi, onların adından mübahisəli məsələlərin həlli yönümündə danışıqlarda iştirak, müştərilərin məhkəmələrdə hüquq və mənafelərin qorunması, müxtəlif növ sənədlərin tərtib olunması və ekspertizası sahəsində xidmətlər göstərir. Hazırda şirkətimiz təsərrüfat sahəsində ixtisaslaşmış, ingilis, Azərbaycan və rus dillərində sərbəst işləyə bilən əlavə hüquqşünas axtarır.
 
İngilis, Azərbaycan və rus dillərində sərbəst danışıqlar aparmaq və mürəkkəb sənədlər tərtib etmək
Müxtəlif növ sənədlərin üzərində hüquqi ekspertizanın aparılması və rəylərin verilməsi
İş vaxtı həftənin 5 günü, saat 09:00-18:00
 
Ali hüquq təhsili
Müqavilə hüququ sahəsində azı 3 il təcrübə
Mülki və əmək qanunvericiliyi sahəsində mükəmməl biliklər
Məhkəmə praktikası (iddia ərizələrinin, etirazların və digər sənədlərin hazırlanması və onların məhkəmədə müdafiə edilməsi)
Mənbə azerjobs.com

YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015

“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb  “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib.  Sadalananlarla yanaşı,  Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə  1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.

Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz  proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.

Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər