Vakansiya! Kapital Bank-dan daha bir iş elanı

Vakansiya! Kapital Bank-dan daha bir iş elanı

MS Office proqramları, Reuetes, Bloomberg  proqramları üzrə güclü biliklər olmalıdır.
 
İşəgötürən Kapital Bank 
Müxbir hesablar-Əməliyyat departamentin Aparıcı mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
 
Öhdəliklər:
 
Bankın və müştərilərin valyuta əməliyyatlarının müvafiq ödəniş sistemləri (SWIFT və gələcəkdə təqdim olunacaq digər sistemlər) vasitəsilə aparılması;
Bankın xarici müxbir hesabları vasitəsilə daxil olan və köçürülən vəsaitlərin müxabirləşməsinin təmin edilməsi;
Filiallar tərəfindən Flexcube sistemində xarici valyutada yığılmış köçürmələrin yoxlanılması və onlara nəzarətin həyata keçirilməsi;
Şöbənin fəaliyyəti ilə bağlı müvafiq hesabatların hazırlanması.
Tələblər:
 
Ali İqtisadi təhsili;
Ən azı iki il vakansiya üzrə iş təcrübəsi;
Flexcube sistemində iş bacarığı;
SWIFT sistemində iş bacarığı;
Güclü analitik qabiliyyət və riyazi düşüncəyə malik olması;
MS Office proqramları, Reuetes, Bloomberg  proqramları üzrə güclü biliklər;
Mükəmməl Azərbaycan dili, istifadə dərəcəsində ingilis və rus dillərin bilikləri;
Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
Məsuliyyətlilik;
Operativlik;
Tez mənimsəmə qabiliyyəti və özünü inkişaf etdirməyə meyllilik.
Şirkət təklif edir:
 
Peşəkar və dinamik komandada maraqlı iş;
Peşəkar inkişaf;
Əmək haqqının ləyaqətli səviyyəsi ;
Peşəkar və mehriban kollektiv.
Müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.
Mənbə azerjobs.com

YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015

“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb  “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib.  Sadalananlarla yanaşı,  Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə  1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.

Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz  proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.

Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər