Vakansiya! Keyfiyyətə Zəmanət və Keyfiyyətə Nəzarət üzrə Menecer

Vakansiya! Keyfiyyətə Zəmanət və Keyfiyyətə Nəzarət üzrə Menecer

Nahar və Telefon danışıqları şirkət tərəfindən təmin olunur.
 
Vəzifə: Keyfiyyətə Zəmanət və Keyfiyyətə Nəzarət üzrə Menecer
İşəgötürən: North West Construction
Vəzifə və öhdəlikləri:
 
 İş sahəsində tətbiq etmək üçün keyfiyyətə nəzarət üzrə standartları yeniləmək və təsdiq etmək;
 İş prosesini başa düşmək, qəbul etmək və keyfiyyətə nəzarət işini planlaşdırmaq;
 Keyfiyyət göstəriciləri və üsulları ilə bağlı rəhbərlərlə məsləhətləşmələr aparmaq;
 Keyfiyyət üzrə müvafiq sənədlərin sxemi, məzmunu və təşkili ilə bağlı rəhbərliklə birlikdə qərar qəbul etmək;
 Proseduralara dair rəy və təkliflərin alınması üçün istehsal sahəsi üzrə menecer və müdriyyət ilə əlaqə saxlamaq;
 Normal təftiş və nəzarət tədbirlərini həyata keçirmək;
 Fərdi fəaliyyət planı tərtib etmək;
 Keyfiyyət ilə bağlı yazılı və əyani təlimatlar hazırlamaq;
 Keyfiyyət standartları üzrə işçilərin təlimini və istiqamətləndirilməsini təmin etmək;
 Təlimatları çatdırmaq və praktik məsələlərdə dəstək göstərmək;
 Müvafiq xidmət və texniki fəaliyyətlərin keyfiyyət standartları ilə uyğunluğuna nəzarət etmək;
 Xidmət və ya tikinti ilə bağlı statistik məlumatlar toplamaq, təhlil etmək və hesabat hazırlamaq;
 Tikinti ilə bağlı məsrəf-nəticələrin səmərəli yoxlamasını həyata keçirmək;
 Qeyri-dağıdıcı (qeyri-destruktiv) təftişlər üçün nümunə hissələr götürmək, yoxlama həyata keçirmək və nəticələr barədə hesabat vermək;
 Keyfiyyətə nəzarət sisteminin müəyyən edilməsi məqsədilə seçilmiş məhsul və ya xidmətləri qiymətləndirmək;
 Texniki təhlükəsizlik və əməyin mühafizəsi standartlarına uyğun olaraq tikinti işlərinin keyfiyyəti ilə bağlı məsələlərdə şirkətin dizaynerlərinə (memar və mühəndislər) yardım etmək;
 Prosedurlar KZ və KN üzrə Mütəxəssislər tərəfindən tətbiq edilir lakin bu prosesin yoxlanması və nəzarəti KZ və KN üzrə Menecer tərəfindən həyata keçirilir.
 
Tələblər:
 
 Azərbaycan və İngilis dili biliyi;
 Tikinti sahəsində 8-10 il iş təcrübəsi;
 İş qrafiki: Bazar ertəsi-Şənbə;
 İş yeri: Bakı və Gəncə şəhəri.
 
Şirkət tərəfindən qarşılanan təminatlar:
 
 Nahar; 
 Telefon danışıqları.
 
Qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerinə “Keyfiyyətə Zəmanət və Keyfiyyətə Nəzarət üzrə Menecer” yazaraq CV-lərini [email protected] elektron ünvanına 15.02.2015 tarixinədək göndərmələri xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Mənbə jobsearch.az

YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015

“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb  “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib.  Sadalananlarla yanaşı,  Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə  1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.

Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz  proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.

Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər