Vakansiya! Mühasib işləmək imkanı
Əmək haqqı 600 - 800 AZN
Vəzifə MÜHASİB
İşəgötürən Baki Tekstil Fabriki
Yaş
27 - 50
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Telefon
(012) 412-02-06
Faks
(012) 412-02-06
E-mail
İş barədə məlumat
- Şirkət fəaliyyətinin mühasibat uçotunun aparılması (əsas vəsaitlər, maddi qiymətlilər, istehsal üzrə məsrəflər, məhsulların realizasiyası təsərrüfat-maliyyə fəaliyyətinin nəticələri, mal göndərən və istehlakçı ilə hesablaşmalar, həmçinin göstərilən xidmətlərin uçotu kassa, bank, əmək haqqı, xərclər, xidmətlərin uçotu və s.)
- Mühasibat uçotu sənədləşmələrin düzgünlüyünə nəzarət etməli
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etməli
- LOGO proqram təminatında əsas vəsaitlərin, maddi qiymətlilərin və pul vəsaitlərinin hərəkəti ilə əlaqədar əməliyyatları əks etdirir
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etməlidir
- Vergi, DSMF hesabatlarının aylıq,rüblük,illik hazırlanması
Namizədə tələblər
- Ali təhsilli
- İş təcrübəsi: Istehsalatda 3 il mühasib olaraq işləmiş
- Dil bilikləri: Azərbaycan və Rus dili mükəmməl səviyyədə
- Məsuliyyətli
- Ofis proqramları, LOGO və 1C proqramında işləmə bacarığı olmalı
Müraciət etmək istəyənlər CV-lərini mövzu hissəsinə vakansiyanın adını qeyd etməklə
[email protected] elektron ünvanına göndərsinlər.
Mənbə boss.az
Yoxlamalar 2013
Vergilər Nazirliyi (kameral, operativ nəzarəti, səyyar və s.), DSMF, DƏMX, Məşğulluq və s. orqanlarının apardığı yoxlamalar barədə praktiki misal və nümünələr olan kitab dərc olunub... “Monitor Konsaltinq Servis” MMC ilin sonuna doğru oxucularını dah bir gərəkli nəşrlə sevindirməyə qərar verdi. Sərbəst Auditor, "Monitor Konsaltinq" jurnalınını eksperti Altay Cəfərov “Yoxlamalar A-dan Z-yə” kitabı Azərbaycan Respublikasında bu sahədə qələmə alınan ilk kitabdır. Yoxlamalar, istər müstəqillikdən əvvəl, istərsə də sonra müəssisə və təşkilat rəhbərlərinin və mühasiblərin az məlumatlı olduğu mövzulardan biri, bəlkə də birincisidir.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın