Vakansiya! Keyfiyyətin Təminati/Keyfiyyətə Nəzarət Meneceri işləmək imkanı

Vakansiya! Keyfiyyətin Təminati/Keyfiyyətə Nəzarət Meneceri işləmək imkanı

Office proqramlarını bilməlidir.
 
Vəzifə: Keyfiyyətin Təminati/Keyfiyyətə Nəzarət Meneceri
İşəgötürən: GAS Azerbaijan Branch
 
İşin Təsviri
 
BU VƏZİFƏYƏ NAMİZƏDLİYİNİZİ İRƏLİ SÜRMƏK ÜÇÜN SİZDƏN KEYFİYYƏTİN TƏMİNATI ( KT) VƏ KEYFİYYƏTƏ NƏZARƏT (KT) ÜZRƏ GENİŞ TƏCRÜBƏNİN OLMASI TƏLƏB OLUNUR.
 
VƏZİFƏNİN MƏQSƏDİ:
 
Bakıdakı GAS Filialının KT/KN Meneceri prosedurlar və Keyfiyyət standartlarının müəyyən edilərək, təsbit edilməsi və filialın fəaliyyətləri üçün bunların izlənilməsi məqsədilə Şirkətin Keyfiyyətin Təminatı Rəhbərliyi ilə əməkdaşlıq edir.
 
Mühüm Məsuliyyət Sahələri
 
• Filialın keyfiyyət prosedur, standart və/ya spesifikasiyalarının müəyyən edilməsi, danışıqlar aparılması və razılaşdırılması;
• Sifarişçi tələblərinin qiymətləndirilməsi və bunların yerinə yetirildiyinin təmin edilməsi;
• Sifarişçi üçün xidmət standartlarının qurulması;
• Tədarükçülərlə xammalın keyfiyyət tələblərinin müəyyən edilməsi;
• Filialın keyfiyyət/sağlamlıq və təhlükəsizliyinə dair standartların tədqiq edilməsi və qurulması;
• Filial xidmətlərinin həm milli və həm də beynəlxalq səviyyələrdə standartlara uyğunluğunun təmin edilməsi;
• Prosedur, standart və sistemlərin təsbit edilməsi üçün Əməliyyat Şöbəsi ilə birgə iş;
• İdarəetmə/texniki hesabatları və sifarişçi nizamnamələrinin yazılması;
• Təlim ehtiyaclarının müəyyən edilməsi;
• Filial daxilində iş icrası/keyfiyyətdə dəyişiklik və yaxşılaşdırma üçün katalizator rolu;
• Xidmətin gerçəkləşdirilməsi ilə bağlı monitorinq və audit fəaliyyətlərinin həyata keçirilməsi
• Texniki və ya laboratoriya heyətinə nəzarət.
 
Arzuedilən Bacarıq və Təcrübə
 
Əsas Davranışlar
 
• Əminlik
• Mükəmməl texniki bacarıqlar;
• Təşkilatı bacarıqlar;
• Planlaşdırma bacarıqları;
• Fərdlərarası bacarıqlar;
• Ünsiyyət bacarıqları;
• Problem həlli bacarıqları;
• Komandada iş bacarıqları;
• İT bacarıqları;
 
Peşə hazırlıqları/Nümayiş etdirilə bilən təcrübə
 
• Azərbaycan Vətəndaşlığı;
• Tanınmış Beynəlxalq Şirkətdə KT/KN Şöbəsində ən azı 3 illik iş təcrübəsi
• KİS (Keyfiyyəti İdarəetmə Sistemi) sahəsində Sertifikatlı Təlim Kursu
• Universitet məzunu, dəqiq elmlər sahəsində olmasına üstünlük verilir
• İngilis dilində tam peşəkar yazılı və nitq bacarıqları 
• Müqavilələrin məzmununu oxuya və anlaya bilmək bacarığı
• Texniki Prosedurları yazma səriştəsi
• Kompüter vərdişləri: Office proqramlar paketi (o cümlədən Microsoft Project) ,Autocad paketi
 
Namizədlərin sayı çox olduğuna görə biz yalnız müvəffəqiyyətli namizədlərin müraciətlərini cavablandıra bilərik. Növbəti 3 həftə ərzində bizdən heç bir cavabın alınmayacağı təqdirdə, müraciətinizin müvəffəqiyyət qazanmaması demək olacaqdır. 
 
Öz CV-nizi [email protected] elektron ünvanına məktubun mövzu hissəsində GAS-AZ-001-2015 yazısına istinad etməyiniz xahiş olunur
Mənbə jobsearch.az

YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015

“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb  “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib.  Sadalananlarla yanaşı,  Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə  1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.

Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz  proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.

Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər